Müdafiə nazirinin müavinləri Gürcüstanda işgüzar səfərdədir - YENİLƏNİB (FOTOLAR)

2023/11/e2146-1700658317.jpg
Oxunub: 3839     16:57     22 Noyabr 2023    
Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor cənab Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirinin müavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirinin müavini cənab Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

***

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gedib.

Ordu.az xəbər verir ki, nümayəndə heyətinə müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov və digər rəsmilər daxildir.

Onlar Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Gürcüstan  


Bizi "telegram"da izləyin