Dövlət Departamenti Qarabağla bağlı hesabat, yoxsa siyasi alətlər dəsti hazırlayır? – BAXIŞ BUCAĞI

2021/07/dp-ab-1627375854.jpg
Oxunub: 16653     12:22     18 Noyabr 2023    
ABŞ Konqresində Dağlıq Qarabağla bağlı dinləmələr zamanı Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Ceyms O-Brayn bildirib ki, dövlət katibinin göstərişi ilə ABŞ Qarabağla bağlı geniş hesabat hazırlayır. Onun sözlərinə görə, hesabatda təkcə Azərbaycanın əməliyyatları günü baş verənlər deyil, ondan əvvəlki reallıqlar da olacaq.

Əvvəlki reallıq dedikdə nə nəzərdə tutulduğu aydın deyil. Əvvəlki reallıq 44 günlük müharibədən sonrakı üç il və 10 noyabr üçtərəfli bəyanatı, yoxsa müharibəyə səbəb olan 44 günlük müharibədən əvvəlki hadisələrdir? Məgər hesabat Minsk qrupunun həmsədrlərinin, eləcə də təkcə Rusiya yox, həm də Fransa və Birləşmiş Ştatların həm 44 günlük müharibənin səbəb olduğu reallıqlar, həm müharibə, həm də bundan sonrakı üç il üçün hazırlığını əks etdirəcək?

Hər halda, ABŞ-nin Qarabağla bağlı Dövlət Departamentinin hesabatını hazırlamaq niyyətində olması qəbuledilməzdir. Hesabat şəklində ABŞ Dövlət Departamentinin ABŞ-nin maraqlarını irəli sürmək üçün siyasi alət hazırladığını görməmək mümkünsüzdür. Aydındır ki, hesabat Ermənistana “mükafat” və Azərbaycana göstərilən “təzyiq” şəklində nəzərdən keçirilir.

Lakin təbii ki, bu, tərəflərin Birləşmiş Ştatlarla necə işləyəcəyindən asılı olacaq. Eyni zamanda Azərbaycana qarşı “təzyiq”, Ermənistana verilən “mükafat”la əvəzlənə bilər ki, bu da İranla bağlı regiondakı gələcək vəziyyətdən asılıdır. Ermənistanın ABŞ-nin maraqlarına zidd fəaliyyət göstərərək Moskva ilə “yenidən yaxınlaşması” da bunda ciddi rol oynayacaq. Buna paralel olaraq faktdır ki, İrəvan, məsələn, on ay ərzində razılaşmalardan imtina edərək, beynəlxalq gündəmin çağırışlarının əksinə gedərək bölgəni silahlandırıb, yeni mina sahələri salıb və rus qüvvələrinin fəaliyyətinə geniş meydan açıb. Bəs hesabatda bütün bunları görəcəyikmi? Təbii ki, yox.

Digər tərəfdən, əlbəttə ki, Ermənistan ABŞ Konqresində təşkil edilmiş dinləmələr və ya Dövlət Departamentinin mümkün hesabatının “sehirli gücü”nə inanmamalıdır. Çünki hər hansı bir illüziyaya sahib olmaq və buna əsasən fəaliyyət sahəsini formalaşdırmaq sülh prosesinə ciddi əngəl yarada bilər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DD  


Bizi "telegram"da izləyin