Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təlfif olunması barədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.
Ordu.az