Vaşinqton raundunun təxirə salınmasının dərin səbəbləri – ANALİZ

2023/06/1686644188.jpg
Oxunub: 4453     10:14     14 İyun 2023    
Gələn həftə Vaşinqtonda gözlənilən Bayramov-Mirzoyan görüşünün ləğvi ilə bağlı Ermənistanda müxtəlif şərhlər səsləndirilir, bunun Bakının demarşı, gözlənilən məzmunla kifayətlənmədiyi kimi məsələlərlə bağlı olduğu bildirilir. Lakin belə bir nəticə, qiymətləndirmə və fərziyyə üçün heç bir maddi əsas yoxdur. Müvafiq olaraq, Vaşinqton görüşünün təxirə salınmasının Bakının narazılıqdan irəli gələn demarşı və ya İrəvandakıların uydurduğu kimi Rusiya Federasiyasının "tələbi" ilə həyata keçirilən demarş olduğunu düşünməyə heç bir əsas yoxdur.

Əslində, Rusiyanın, xüsusən də bu gün Bakının maraqlarını nəzərə almağa daha çox meyilli olduğunu düşünmək üçün əsaslarımız var. Təbii ki, əskini düşünmək erməni siyasi təfəkküründə "hesablanmış" sapmalara gətirib çıxaran mentalitetin təzahürüdür. Əgər Rusiya belə diktə edə bilsəydi, o zaman Qafqazda vəziyyət tamam başqa olardı və hazırda, məsələn, Şuşa və Hadrutda Azərbaycan yox, Rusiya olardı. Bundan əlavə, Vaşinqtondakı görüşdən əvvəl Dövlət Departamentinin sözçüsü İlham Əliyevin əfv elanını alqışladıqlarını elan edərkən Bakı daha bir legitimlik hüququ əldə etdi. Və həmin bəyanat Prezidentin mayın 28-də Laçındakı çıxışında səsləndirilmişdi, bu, bəlkə də Qarabağdakı seperatçılara ən son xəbərdarlıq idi. Bununla yanaşı, Birləşmiş Ştatlar bu günə qədər görüşün təxirə salınması ilə bağlı heç bir münasibət ifadə etməyib. Bütün bunlar sübut edir ki, ABŞ-ın özü də təxirə salınmanın əleyhinə olmayıb.

Burada, qarşıdurmanın yeni ölçüsünə qədəm qoyan beynəlxalq vəziyyətə də toxunmaq lazımdır. Təbii ki, prinsipcə, iştirakçılar eynidir, hadisələrin əsas arenası da eynidir - Ukrayna cəbhəsi. Lakin hazırda orada hərbi əməliyyatların yeni məntiqi inkişaf edir. "Kaxovka" SES-in partlaması və Ukrayna müharibəsi ilə bağlı strateji istiqamətlərdə canlı diplomatik fəaliyyətlərin cərəyan etməsi də buna sübutdur. Qərb mediasında hələ təsdiqlənməsə də, nüfuzlu nəşrlərdə ortaya çıxan məlumatlara görə, ABŞ dövlət katibinin bu ay Çinə səfəri gözlənilir. Və qeyd edək ki, həmin səfər fevral ayından təxirə salınıb. ABŞ Hərbi Hava Qüvvələri Birləşmiş Ştatların səmasında Çin kəşfiyyat şarını aşkar edərək prezident Baydenin əmri ilə onu zərərsizləşdirdikdən sonra Blinkenin səfəri ləğv edildi. Və indi, demək olar ki, yarım il sonra, ləğv edilən səfərin hazırlandığı və bunun iyun ayında baş tuta biləcəyi bildirilir.

Ermənistan-Azərbaycan təmaslarının Vaşinqton raundunun təxirə salınmasının dərin səbəblərini burada axtarmaq lazımdır. Deməli, Ermənistan-Azərbaycan münaqişəsi və Qafqaz məsələsi hazırda nəinki ABŞ-Rusiya təsirinə, hətta ABŞ-Çin rəqabətinin təsirinə də məruz qalır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Çin   ABŞ  


Bizi "telegram"da izləyin