Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirir - FOTOLAR

2023/05/48-1684735432.jpg
Oxunub: 2624     09:34     22 May 2023    
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələrinin hərtərəfli təminatı, sosial-məişət şəraiti ilə tanış olublar.

Ordu.az xəbər verir ki, media nümayəndələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə yaxından tanış olublar.

N saylı hərbi hissədə məişət şəraiti yüksək səviyyədədir. İdman zalı, məişət otağı, əşya otağı, silah saxlanma anbarı müasir standartlara cavab verir.

Döyüş meydançasına gedirik. Şərti düşmənin hədəflərinin məhv edilməsi və təxribatının qarşısının alınması əməliyyatına hazırlıq gedir. Komandirlər bizi əməliyyatın gedişatı barədə məlumatlandırır və təhlükəsizlik qaydalarını çatdırır. Tapşırıqları icra olunur. Media nümayəndələri təlimi maraqla izləyir. Qarşıya qoyulmuş tapşırığın yüksək peşəkarlıqla yerinə yetirildiyini izlədikcə bir daha əmin oluruq ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətinə malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   ƏÜO  


Bizi "telegram"da izləyin