“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrupu” müsabiqəsi keçirilir - FOTOLAR

2023/05/affee-1684579514.jpg
Oxunub: 2152     14:33     20 May 2023    
2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrupu” müsabiqəsi keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqənin əsas məqsədi hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğidir.

Plana uyğun olaraq hərbi hissələrdə birinci mərhələ üzrə mükafatlandırılan qaliblər yekunda Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Müsabiqə  


Bizi "telegram"da izləyin