Ordu.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün şərəfli və mənalı ömür yollarından, Azərbaycan və Türkiyə ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıblar.
Sonra Azərbaycanın Əməkdar artislərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib, rəqs ansamblının iştirakı ilə milli rəqsləri alqışlarla qarşılanıb.
Sonda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə fəxri fərmanla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.
Ordu.az