Tbilisidə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilir - FOTOLAR

2023/05/6467b-1684518928.jpg
Oxunub: 3766     21:42     19 May 2023    
Gürcüstanın paytaxtı Tbilisidə Rusiya ilə birbaşa aviareyslərin bərpa edilməsinə görə etiraz aksiyası keçirilir.

Ordu.az xəbər verir ki, parlament binasının qarşısına toplanan müxtəlif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları və sıravi vətəndaşlar uçuşların yenidən qadağan edilməsini tələb edirlər.

Yağışlı havada davam edən aksiyada “Rusiya ilə uçuşlara yox” şüarı səsləndirilib.

Etirazçılar bir neçə dəqiqə öncə parlament binasının qarşısındakı mərkəzi Rustaveli prospektini bağlayıblar.

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldirib.

Əraziyə çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tbilisi   Aksiya  


Bizi "telegram"da izləyin