Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi azərbaycanlı hərbi qulluqçularla görüşüb - FOTOLAR

2023/05/6464e-1684336319.jpg
Oxunub: 3574     18:19     17 May 2023    
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma və Sahil Mühafizəsi Akademiyasının idarə heyəti və Akademiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüşüb.

Səfirlikdən Ordu.az-a verilən xəbərə görə, Jandarma və Sahil Mühafizəsi Akademiyasının rəisi general-leytenant Nuh Köroğlu və Akademiyanın İdarə heyəti ilə keçirilən görüş zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı hərbi təhsil sahəsində əməkdaşlıq, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə lazım olan işlərin görülməsi, azərbaycanlı hərbi qulluqçular üçün ayrılmış yerlərin sayının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Bundan əlavə, son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlik, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar Akademiyanın idarə heyətinin diqqətinə çatdırılıb.

Daha sonra Jandarma və Sahil Mühafizəsi Akademiyasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüş keçirilib, kursantlar üçün yaradılmış şəraitlə yaxından tanış olunaraq onların nizam-intizamı, imtahan nəticələri barədə söhbətlər aparılın və müraciətləri dinlənilib. Hərbi attaşe tərəfindən Akadmiyada təhsil alan hərbi qulluqçulara bir daha onların üzərinə düşən məsuliyyət xatırladılıb, onların vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin