Ukrayna-Rusiya müharibəsinin uzanmasının səbəbləri və mümkün ssenarilər – ANALİZ

2023/03/1678949276.jpg
Oxunub: 3470     10:53     16 Mart 2023    
“Rusiyanın hazırkı mərhələdə əsas məqsədi müharibəni bitirmək deyil, müharibə bitdikdən sonra formalaşacaq beynəlxalq təsəvvürü idarə etməkdir”.

Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibə beynəlxalq münasibətlər baxımından 11 sentyabr hücumlarından sonra sistemli qırılmanın ən aydın anı kimi oxunmalıdır. Bu müharibə iqtisadiyyatdan siyasətə, təhlükəsizlik anlayışından enerjiyə qədər hər şeyi əhatə etdiyi üçün çox əhatəlidir. Çin, Avropa, Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə da daxil olmaqla, bir çox ölkə qlobal mövqelərini yenidən qiymətləndirdiyinə və yeni vəziyyətə uyğunlaşmağa çalışdığına görə, bu, ən əhatəli sistem təsiri olan böhran anlarından biridir. Qarşımızda duran əsas problem bu fasilənin sistemli transformasiyanı nə qədər sürətləndirəcəyi və indiki qaranlıq vəziyyətin nə qədər davam edəcəyidir. Bəs bu müharibə nə vaxt və necə bitəcək?

Əvvəla, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə illər boyu topladığı gücü nəzərə alsaq, strateji cəhətdən intihar etdiyi aydındır. Bu müharibə həm Sovet İttifaqı dövründən Rusiyanın təsiri altında olan ölkələrdə qorxuya səbəb oldu, həm də Slavyan coğrafiyasının əsas damarlarından biri olan Kiyevin eyni mədəniyyətin aktoru olan Rusiya tərəfindən dağıdılmasına səbəb oldu. Rusiya Ukraynada öz mədəni coğrafiyasındakı memarlıq, tarixi və mədəni quruluşa zərər verməmək və gərgin hərbi müdaxilə ilə müharibəni tez bir zamanda qazanmaq arasında qalıb. Bu dilemma Ukrayna-Rusiya müharibəsinin uzanmasının əsas amillərindən biri kimi qəbul edilməlidir.

Rusiya əsas məqsədinə çatmadığını düşündüyü üçün müharibə bu il bitməyəcək. Beynəlxalq sistemdə son iyirmi ildə yaranmış və həllini tapmış problem yoxdur. Çünki istənilən regionda ən kiçik münaqişə bir anda sistem böhranına çevrilir və bir çox aktorların iştirakı ilə daha da mürəkkəbləşir. Suriyadan Liviyaya, Yəməndən Venesuelaya qədər beynəlxalq problemlərin həll oluna bilməməsinin əsas səbəbi budur.

Müharibənin səbəbləri

Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas səbəbi öz mədəni coğrafiyasında böyüyən və daxili siyasəti baxımından təhlükəli hesab etdiyi modeli məhv etməkdir. Bu model mədəni cəhətdən slavyan və pravoslav, lakin siyasi və iqtisadi cəhətdən qərbyönümlü olmağın mümkün olduğu yeni sosial-iqtisadi cəmiyyət quruluşudur. Ukraynada inkişaf edən bu modeli 2014-cü ildə Rusiya əngəlləməyə çalışsa da, Kiyevdəki nümayişlərdən sonra Moskva geri çəkildi. O zaman Rusiya Krımı haqsız yerə ilhaq etməklə qazanmış kimi görünsə də, Ukraynada günü-gündən dərinləşən bu siyasi-ictimai modelə son qoya bilmədi. Rusiyanın əsas qorxusu Ukraynada inkişaf etdirilən bu modelin təsiri ilə prezident Vladimir Putinin 20 ildən artıqdır yaratdığı siyasi-iqtisadi nizamın dağılması təhlükəsidir. Ona görə də bir ildən artıqdır davam edən müharibəni ancaq bu mümkün təhlükənin dərk edilməsi ilə başa düşmək olar. Onsuz da tarix boyu Rusiyanın ən böyük qorxusu xaricdən gələn təhdidlər deyil, daxildə rejim dəyişikliyi olub. 1917-ci il Bolşevik İnqilabı və 1989-cu ildə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması kimi ölkədəki rejim dəyişiklikləri Rusiya üçün ən yorucu və çətin hadisələrdir. Bundan xəbərdar olan Putinin əsas məqsədi Ukraynada formalaşmış bu yeni sosial-iqtisadi modeli məhv etməkdir. Bu səbəbdən də Putinin müharibənin ilk həftəsində Ukraynada hərbi çevriliş çağırışı və Kiyevdə hakimiyyətin sürətlə dəyişməsi ilə nəticələnəcək istənilən cəhdə dəstək vermək istəyini anlamaq lazımdır. İndiki mərhələdə ortaya çıxan əsas məqam ondan ibarətdir ki, siyasi və iqtisadi baxımdan qərbləşmə istəyi Ukrayna cəmiyyətinin geniş kütlələri tərəfindən qəbul olunduğundan müharibə Rusiyanın istədiyi nəticə ilə bitməyəcək.

Müharibə hansı hallarda bitə bilər?

Rusiyanın əsas müharibə səbəbləri aradan qalxmadığı üçün Putinin müharibəni indiki kimi bitirməsi itki kimi qiymətləndirilir. Bundan əlavə, Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi, siyasi və iqtisadi dəstək Putinin bu müharibəni qazanmasını çətinləşdirir və müharibə davam etdikcə Rusiya üçün daha çox xərc yaradır. Ona görə də indiki vəziyyətdə müharibənin bitməsi yalnız iki halda mümkündür. Birincisi, Rusiyanın müxtəlif ölkələrlə döyüş meydanını genişləndirərək Qərb ölkələri üçün müharibənin davam etdirilməsinin xərclərini artırması, ikincisi isə Rusiyanın müharibəni birtərəfli qaydada bitirməsidir.

Bu müharibə həm Sovet İttifaqı dövründən Rusiyanın təsiri altında olan ölkələrdə qorxuya səbəb oldu, həm də Slavyan coğrafiyasının əsas damarlarından biri olan Kiyevin eyni mədəniyyətin aktoru olan Rusiya tərəfindən dağıdılmasına səbəb oldu. Rusiya Ukraynada öz mədəni coğrafiyasındakı memarlıq, tarixi və mədəni quruluşa zərər verməmək və gərgin hərbi müdaxilə ilə müharibəni tez bir zamanda qazanmaq arasında qalıb.

Birinci variant bu mərhələdə bir neçə cəhətdən çətin görünür. Rusiya müharibəni genişləndirsə, daxili siyasi təsirlər və iqtisadi xərclər onun gözlədiyindən də çox ola bilər. Bu vəziyyət müharibənin hazırkı qeyri-müəyyənliyinin açıq şəkildə Rusiyaya qarşı yönəlməsinə səbəb ola bilər. Eyni zamanda, Rusiyanın döyüş meydanını genişləndirməsi uğur gətirməzsə, Rusiyanın hərbi gücünün yetərsizliyi Rusiyanın beynəlxalq aləmdə daha çox nüfuzunu itirməsinə səbəb ola bilər. Ona görə də müharibənin bitməsi ancaq Rusiyanın birtərəfli qərarı ilə, o cümlədən geri çəkilməsi ilə mümkündür və Moskvanın bu məsələdə qalib gəldiyini göstərəcək elementlər var. Putin istəsə, Ukraynanın şərqində ilhaq etdiyi torpaqları qazanc hesab edərək təklif etdiyi vasitəçilik təklifləri ilə bu müharibəni bitirə bilər. Lakin hazırda Rusiya bu istiqamətdə heç bir iş aparmır.

Müharibə 2023-cü ildə bitməyəcək

Rusiya əsas məqsədinə çatmadığını düşündüyü üçün müharibə bu il bitməyəcək. Beynəlxalq sistemdə son iyirmi ildə yaranmış və həllini tapmış problem yoxdur. Çünki istənilən regionda ən kiçik münaqişə bir anda sistem böhranına çevrilir və bir çox aktorların iştirakı ilə daha da mürəkkəbləşir. Suriyadan Liviyaya, Yəməndən Venesuelaya qədər beynəlxalq problemlərin həll oluna bilməməsinin əsas səbəbi budur.

Qərb ölkələrinin Ukraynaya verdiyi hərbi, siyasi və iqtisadi dəstək Putinin bu müharibəni qazanmasını çətinləşdirir və müharibə davam etdikcə Rusiya üçün daha çox xərc yaradır. Ona görə də hazırkı vəziyyətdə müharibənin bitməsi yalnız iki halda mümkündür. Birincisi, Rusiyanın müxtəlif ölkələrlə döyüş meydanını genişləndirərək Qərb ölkələri üçün müharibənin davam etdirilməsi xərclərini artırması, ikincisi isə Rusiyanın müharibəni birtərəfli qaydada bitirməsidir.

Beynəlxalq sistemin dağıldığı və makro balanslar nəzərə alınmaqla hər kəsin cəlb olunduğu Ukraynada müharibənin gələcəyi son 20 ildə baş verənlərdən fərqli olmayacaq. Putin birtərəfli qaydada xərcləri hesablayaraq müharibəni bitirsə belə, beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı siyasi və iqtisadi embarqosu yəqin ki, tezliklə bitməyəcək. Bunu bilən Putin müharibəni birtərəfli qaydada bitirsə belə, uduzmuş vəziyyətdə olacaq. Bunları nəzərə alsaq, Rusiyanın indiki mərhələdə əsas məqsədi müharibəni bitirmək deyil, müharibənin bitəcəyi təqdirdə formalaşacaq beynəlxalq təsəvvürü idarə etməkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrika və Asiya ölkələrinə son turu, xüsusən də Hindistan və Cənubi Afrika kimi əsas ölkələrdən dəstək istəməsi Rusiyanın müharibənin bit(iril)məsindən sonra yaranacaq beynəlxalq nizamda yerini dəyişməsi üçün ilkin addımlardır. Xüsusən də Rusiyaya qarşı iqtisadi embarqonun dərinləşməsi və Qərb ölkələrinin qarşıdakı illərdə öz ehtiyaclarını enerji baxımından fərqli alternativlərlə qarşılaya bilməsi Moskvanın heç vaxt istəmədiyi bir vəziyyətdir. Rusiya artıq qlobal diplomatiyada yeni açılışlar edərək tədbirlər görməyə çalışır.

Bütün bu hadisələrlə yanaşı, Almaniya başda olmaqla bir çox Qərb dövlətləri Rusiyanın bu müharibə sayəsində sındırılmasının daha çox problemli sahələr yaradacağının fərqindədir. Əgər Avropa ölkələri üçün müharibə bitərsə, ideal nəticə Putinsiz Rusiya və Avropa arasında yeni münasibətlərin inkişafıdır. ABŞ-ın məqsədi bu müharibə ilə Rusiyanı zəiflətmək və ABŞ-ın təhlükəsizlik çətirinin Avropa ölkələri üçün nə qədər əhəmiyyətli olduğunu göstərməklə təhlükəsizlik baxımından müxtəlif axtarışlarda olan avropalıları transatlantik xəttə çəkməkdir.

Nəticədə bir ildən artıqdır davam edən müharibə qısa zamanda bitməyəcək, onun regional və sistemli təsirləri hər keçən gün beynəlxalq münasibətlər sahəsində hiss olunmağa davam edəcək. Müharibənin uzanmasında ən böyük qalib zaman udmaq baxımından Çin olsa da, həm Avropa-ABŞ oxu, həm də Rusiya bu gündən fərqli dərəcə və ölçülərdə uduzan mövqedədir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin