KTMT kvotasından imtina ilə “arxadan zərbə” – ANALİZ

2022/11/1669230655.jpg
Oxunub: 1941     15:42     11 Mart 2023    
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü mətbuata bildirib ki, Ermənistan KTMT-yə baş katibin müavini kvotasından imtina təklifi verib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında İrəvanın bu addımının nədən qaynaqlandığı ilə bağlı təfərrüat olmasa da, bunu başa düşmək çətin deyil. Ermənistan-KTMT münasibətləri uzun müddətdir böhranlı vəziyyətdədir. Ermənistanın dövlət başçısının müavini kvotasından imtina etmək təklifi, hətta İrəvanın KTMT ilə, belə demək mümkünsə, “məxməri”, “rəvan boşanmağa” çalışması kontekstində müxtəlif cür şərh oluna bilər.

Əslində və ya praktik olaraq nə baş verir? Ola bilsin ki, bu mənada mənzərə daha mürəkkəbdir və Ermənistanın bu addımı praktiki olaraq həmin mürəkkəb mənzərənin sadəcə “üz örtüyü”dür, daha dərin mənada isə Ermənistan və KTMT dünya nizamının transformasiyasının çətin mərhələsindədir. KTMT üçün burada “əlavə”, “xüsusi” fəsadlar və ya nüanslar var.

Məsələ burasındadır ki, strukturun “özəyi” olan Rusiya faktiki olaraq Qərblə müharibə aparır və soncunun tərəfində təkcə ABŞ deyil, həm də NATO çevrəsinin praktiki olaraq dominant hissəsi var. Türkiyə və Macarıstan istisna olmaqla, digər dövlətlər Rusiya ilə müharibəyə bir qədər fərqli yanaşırlar. KTMT blokuna daxil olan ölkələrin əksəriyyəti isə ümumiyyətlə Rusiya-Qərb müharibəsinin bir hissəsi olmaq istəmir. Rusiyanın belə bir probleminin olub-olmaması isə başqa sualdır. Hələ ki, Moskva KTMT üzvlərinin qarşısına belə bir problem qoymur, çünki onun həyata keçirilməsinə nail olmaq üçün kifayət qədər potensialı yoxdur və üstəlik, KTMT-yə üzv olan ölkələrin bir çoxu Qərbin sanksiyaları qarşısında Moskva üçün “havalandırma” rolunu oynayır. Bu “havalandırma”nı bağlamaq rasional addım olmazdı. Praktiki baxımdan isə Rusiyanın KTMT ölkələrinin dəstəyinə sırf hərbi potensial baxımından ehtiyacı yoxdur. Rusiya üçün əhəmiyyətli olan məsələ KTMT zonasında “arxadan zərbə” almamaqdır.

Digər tərəfdən, Belarusun mövqeyi kifayət qədər açıqdır. Lukaşenko cəmi bir neçə həftə öncə KTMT ölkələrinin sonda Ukrayna müharibəsi baxımından mövqe tutmalı olduqlarını ifadə etdi. Heç bir şübhə yoxdur ki, Rusiyanın “Birlik dövləti” çərçivəsində Belarus məsələsində ciddi müşahidələri və müharibəyə cəlb olunması barədə ssenariləri mövcuddur. Lukaşenko ola bilsin ki, KTMT-yə istinad edərək “kollektiv müqavimət” əldə edəcəyinə ümid edir. Yəni Lukaşenkoya problemi Putinə qarşı tək olduğu və milyardlarla dollar borcu olan “Birlik dövləti” mexanizmindən çıxarıb, təbii ki, müqavimətin olacağı KTMT çərçivəsinə keçirmək sərf edir. Çünki təşkilata üzv dövlətlər Rusiyanın Qərblə müharibəsinin bir hissəsi olmaq istəmirlər. Məhz bu kontekstdə, İrəvan kvotadan imtina etməklə, bu vəziyyətdə müavin üzərinə düşəcək birbaşa və ya dolayı “funksional məsuliyyətdən” uzaq durmağa çalışır və Moskvanın qoxduğu “arxadan zərbə”ni ilk endirən ölkəyə çevrilir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT   Rusiya   Xəyanət  


Bizi "telegram"da izləyin