ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub - FOTOLAR

2023/01/adnsu-1674148112.jpg
Oxunub: 177     20:17     19 Yanvar 2023    
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti şəhidlərimizin universitetdə olan barelyefi önünə gül dəstələri qoyub, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rektor, professor Mustafa Babanlı 20 Yanvar hadisələrindən danışaraq Azərbaycanın müstəqilliyi, ərazi bötüvlüyü uğurunda canından keçən şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını bildirib. Xalqın milli azadlıq uğrunda mübarizəsi olaraq 33 il bundan qabaq baş verən 20 Yanvar hadisəsinin həm də tariximizin şanlı səhifəsi olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı bu birliyin özünü zaman-zaman doğrultduğunu və xalqımızın bir yumruq kimi birləşdiyini deyib. O əlavə edib ki, bunun nəticəsində 2020-ci il Vətən müharibəsi zamanı 44 gün ərzində ordumuz Azərbaycanın əzəli torpaqlarını düşmən tapdağından azad etdi.

Tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqətə görə razı qaldıqlarını bildiriblər, universitet rəhbərliyinə təşəkkür ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ADNSU   20-Yanvar  


Bizi "telegram"da izləyin