Ukrayna Simpoziumunda Ağıllı Telefonlar və SMQ – ANALİZ

2022/12/1671606745.jpg
Oxunub: 6078     11:32     21 Dekabr 2022    
Mobil telefonlar

Ən azı bir məlumata görə, Rusiya qüvvələri əməliyyatları zamanı Kiyevətrafı yaşayış komplekslərinə daxil olub, sakinləri mənzillərindən didərgin salıb, zirzəmilərdə əsir saxlayıb, onların çoxlu mobil telefonlarını və noutbuklarını (şəxsi rəqəmsal cihazlar) müsadirə edib. Bu soyğunçuluq rusların törətdiyi digər vəhşiliklərin kataloqu ilə müqayisədə solğun görünsə də, rəqəmsal qarşılıqlı əlaqənin yüksək olduğu dövrdə bunu araşdırmağa dəyər. Burada biz Silahlı Münaqişə Qanununa (SMQ) diqqət yetirəcəyik.

SMQ mülki şəxslərdən şəxsi daşınar əmlak da daxil olmaqla, düşmən əmlakının müsadirəsini özlüyündə qadağan etmir. Əmlakın müsadirəsi hərbi zərurətlə əsaslandırıla bilər. Təəssüf ki, bu cür soyğunçuluğu tənzimləyən müvafiq SMQ qaydaları aydın deyil, işğal zonalarında və ya ondan kənarda həyata keçirilən müsadirə arasında incə və çaşdırıcı fərqlər yaradır, şəxsi rəqəmsal cihazların insanların həyatında tutduğu unikal təbiəti və dəyəri birbaşa nəzərə almır.

Şəxsi Rəqəmsal Cihazlar və Gündəlik Həyat

Bəzi hesablamalara görə, dünyada yeddi milyarddan çox insan cib telefonuna sahibdir. Dünya əhalisinin təxminən 92%-i, 6 milyard yarımdan çoxu isə ağıllı telefonlara sahibdir. ABŞ Ali Məhkəməsinin “Karpenter ABŞ-a qarşı” işində qeyd edilir ki, şəxsi rəqəmsal cihazlar, xüsusən də mobil telefonlar və onların təqdim etdiyi xidmətlər gündəlik həyatın o qədər geniş yayılmış hissəsidir ki, insanların müasir cəmiyyətdə iştirakı üçün zəruridir.

Şəxsi rəqəmsal cihazlar insanların gündəlik həyatlarını idarə etməyin ən fundamental aspektlərinin bir çoxunda xəbər və məlumatların ünsiyyəti və çıxışı ilə məşğul olan əsas vasitəyə çevrilib. Şəxsi rəqəmsal cihazların müsadirə edilməsi insanları təcrid etmək, onları kritik ictimai funksiya və fəaliyyətlərdən kənarlaşdırmaq riskini daşıyır və beləliklə, onların fiziki və əqli rifahı üçün unikal yollarla fərqli risklər təqdim edir.

Şəxsi rəqəmsal cihazlar götürülməsini tənzimləyən SMQ qaydaları

Əmlakın müsadirəsinin qanuniliyinin qiymətləndirilməsi ilə bağlı bir neçə xüsusi müqavilə və adət-ənənəvi beynəlxalq hüquq müddəaları mövcuddur. Müsadirə əmlakın qanuni sahibin əlindən alınmaqla və ya məhv etməklə müvəqqəti və ya daimi olaraq məhrum edilməsinə aiddir. Qeyd edildiyi kimi, düşmən əmlakını ələ keçirmək üçün heç bir qadağa yoxdur, xüsusən də “müharibə ehtiyacları üçün mütləq şəkildə tələb olunduğu” yerlərdə əmlak müsadirə oluna bilər.

Daha ətraflı baxsaq, burada gizli məsələlər var. Yəni, müsadirə olunan daşınar və daşınmaz əmlakın ictimai və ya özəl olması, ələ keçirilməsinin daimi və ya müvəqqəti olması, bunun işğaldan əvvəl və ya işğal zamanı həyata keçirilib-keçirilməməsi, ehtiyacın nə olduğu kimi qaydaları müzakirə etmək lazımdır.

Düşmən əmlakının ələ keçirilməsi ilə bağlı SMQ qaydaları hücumların həyata keçirilməsini qadağan edən, hədəfləmə qanununun daha təfərrüatlı və ciddi müddəalarından fərqləndirilməlidir, bu məsələ I Əlavə Protokolun 49-cu maddəsində müəyyən edilib. Belə ki, hərbi obyekt kimi təsnif edilməyən hər hansı obyekt mülki obyektdir. Mülki şəxslərin və onların əmlakının əsas müdafiəsi münaqişə tərəfinin təsir edə biləcəyi və ya onun əməliyyatlarının səbəb ola biləcəyi bütün mülkiyyətdən məhrum etmələrə şamil edilmir.

49-cu maddədə müəyyən edilən hücum kimi qiymətləndirilmək üçün düşmənçilik hərəkəti aşağıdakıları etməlidir: 1) fiziki xəsarət və ya məhvetmə yolu ilə düşmənə, o cümlədən mülki əhaliyə və mülki obyektlərə zərər vurmağa yönəlmiş (yəni motivi olan) zorakı hərəkətləri cəlb etmək; və 2) döyüşən tərəfin hökmranlığından və ya nəzarətindən kənar şəxslərə və ya obyektlərə yönəldilməlidir.

Bu spesifik hallar xaricində, münaqişə tərəflərindən birinin “səlahiyyəti daxilində” mülki obyektlərə qarşı həyata keçirilən əmlak məhrumiyyətlərinin (və ya insanların xəsarəti və ya ölümü) qanuniliyini qiymətləndirmək üçün digər SMQ qaydalarına baxmaq lazımdır, yəni döyüşən tərəf fiziki hökmranlığa malikdir, nəzarət və ya məhdudiyyət tətbiq edir.

Düşmənin şəxsi və ya əmlakı üzərində hökmranlıq, nəzarət və ya məhdudlaşdırma həyata keçirən Tərəfin hüquqi statusu düşmənin ərazisi üzərində nəzarət quran işğalçı Tərəfin hüquqi statusundan fərqləndirilməlidir. İşğal o yerdə baş verir ki, düşmən ərazisi “əslində düşmən ordusunun hakimiyyəti altındadır”. Ümumiyyətlə, bu, işğalçı Tərəfdən “işğal edilmiş ərazidə qanuni hökumətin” səlahiyyətini faktiki və effektiv şəkildə sıxışdırmağı tələb edir.

Ümumi qadağalar və məcburi hərbi zərurət istisnası

SMQ bütün əmlakın alınmasını qadağan etməsə də, bəzi açıq qadağalar və məhdudiyyətlərlə mülki əmlakın alınmasının qanuniliyinə qarşı güclü ümumi prezumpsiya yaradır. Bu, tərəflərin mülki şəxslərə hörmət və mühafizə üzrə ümumi öhdəliklərinə, o cümlədən onlara “hərbi əməliyyatlar nəticəsində yaranan təhlükələrdən qorunma” və “daimi qayğı” göstərmək öhdəliyinə uyğundur. Tərəflər həmçinin xüsusi mülkiyyətə hörmət etməlidirlər. Buna görə də, SMQ-də talan kimi müəyyən edilmiş şəxsi (və ya ictimai) daşınar əmlakın şəxsi istifadə üçün alınması silahlı münaqişənin istənilən mərhələsində xüsusi və qəti şəkildə qadağandır. Oğurluq və soyğunçuluq sülh və müharibə şəraitində cəzalandırılan cinayətlər olaraq qalır. Düşmən ölkədəki əsgər vətənində olduğu kimi mülkiyyətə də eyni hörmətlə yanaşmalıdır. “Müharibənin ciddi zərurətləri” ilə əsaslandırılmayan əmlak məhrumiyyətləri müharibə cinayətləri hesab edilir və əmlakın məhv edilməsi və mənimsənilməsinin geniş xarakter daşıdığı və qanunsuz və məqsədyönlü şəkildə həyata keçirildiyi ağır pozuntu səviyyəsinə yüksələ bilər. Beləliklə, SMQ tərəfindən xüsusi mülkiyyətin alınmasına nə vaxt icazə verilir?

Hərbi əməliyyatların aparılması zamanı əmlakın alınması

Yuxarıda göstərilən qadağalardan fərqli olaraq, düşmənin əmlakı ələ keçirilə, yəni müvəqqəti olaraq sahibsizləşdirilə və ya məhv edilə bilər, bu, “Liber Məcəlləsi”ndə və Brüssel Bəyannaməsində artıq tanınmış beynəlxalq adət-ənənələrin uzunmüddətli qaydası və imperativ hərbi zərurətlə əsaslandırılıb, habelə Haaqa Qaydalarında kodlaşdırılıb. İmperativ hərbi zərurət yarada biləcək iki alternativ əsas var: Tərəfin öz hərbi məqsədləri üçün əmlakın ələ keçirilməsi, ya da düşməni istifadə və faydadan məhrum etmək üçün müxtəlif əşyaları ələ keçirmək və ya məhv etmək kimi üsullardan istifadə edə bilər. Düşmənin əmlakını ələ keçirmək və ya məhv etmək zərurəti ilə hərbi təyinatlı obyektlərə hücum etmək zərurəti üst-üstə düşə bilər.

Birincisi, imperativ hərbi zərurət səbəbindən zəbt oluna və ya məhv edilə bilən əmlak kateqoriyaları Tərəfin nəzarətində olmayan zaman hücuma məruz qala bilənlərdən daha genişdir. Məsələn, öz əməliyyatlarını dəstəkləmək üçün Tərəf təkbaşına düşmənin hərbi fəaliyyətinə heç bir təsirli töhfə verməyən və buna görə də digər səbəblərlə yanaşı, hərbi məqsədlərə aid edilməyən mülki binalar və ya nəqliyyat vasitələri kimi obyektləri ələ keçirə bilər.

Fərdi Rəqəmsal Cihazlara tətbiq

Rusiya qüvvələrinin rabitə sistemində ciddi nasazlıqlar yaşadığına dair xəbərlər yayılır ki, bu da onları mobil telefonlardan istifadə də daxil olmaqla müvəqqəti həllər qəbul etməyə vadar edir. Belə şəraitdə, istər işğalda, istərsə də qeyri-işğal xarakterli hərbi əməliyyatlar zamanı, Rusiya qüvvələrinin öz kommunikasiyalarını dəstəkləmək üçün mobil telefonları ələ keçirmək üçün imperativ ehtiyac yarana bilər. Fərdlərin mobil cihazlarının hərbi istifadəyə çevrilməsi ehtimal olunan texniki (şifrələmə, parol mühafizəsi və s.) və praktiki çətinliklər yaradır.

Nəticə

Rəqəmsal dövrdən əvvəl hazırlanmış bu qaydaların heç biri fərdi rəqəmsal cihazların ələ keçirilməsinə toxunmur və ya bu cihazların müasir cəmiyyətlərdə oynadığı mərkəzi rolu xüsusi olaraq izah etmir. Mülkilərin sağlamlığı və rifahı üçün vacib olan əşyaların rekvizisiyasına qoyulan məhdudiyyətlər və Dörd Cenevrə Konvensiyasının 3-cü Ümumi Maddəsində müəyyən edilmiş daha ümumi humanist standartlar kimi bu cür ələ keçirmələrin potensial olaraq ortaya çıxardığı xüsusi humanitar narahatlıqları həll edən digər SMQ müddəalarına baxmaq lazımdır.

Həmçinin qaydalar beynəlxalq insan ifadə azadlığı hüququnun qarşılıqlı təsirini, o cümlədən sərhədlərdən asılı olmayaraq, şifahi, yazılı və ya çap formasında bütün növ məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığını adekvat şəkildə nəzərə almır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə   Mobil-Telefon  


Bizi "telegram"da izləyin