Fransa hələ də Afrikada insanlığa qarşı cinayətlərin əvəzini ödəməyib – ANALİZ

2022/11/78907-1668855797.jpg
Oxunub: 455     15:23     19 Noyabr 2022    
“Sosial, iqtisadi və siyasi cəhətdən geridə qalmış xalqlara sivil dünyaya uyğunlaşmaq üçün istifadə olunan məsum yardım ideologiyası” Qərb dünyasında, xüsusən də Fransada qəbul edilən müstəmləkəçiliyin sərt şəkildə tətbiq olunduğu Afrika ölkələrində ümumiyyətlə görünməyən məlum bir həqiqətdir.

Müstəmləkəçilik bir əsr əvvəl sivilləşdirmək, üstün insani-əxlaqi xüsusiyyətə sahib olmaq məqsədilə istismar olunan ölkələrdə belə öz tərəfdarlarını tapdığı halda, bu gün Fransanın törətdiyi cinayətlər nəticəsində insanlığa qarşı cinayət hesab olunur.

Fransanın müstəmləkəçilik siyasəti çərçivəsində bəşəriyyətə qarşı cinayətlər törətdiyinə dair intellektual dairələrdə yekdil fikir var. Bu bir həqiqətdir, hətta siyasətçilər də inkar edə bilmirlər. Əslində, bir çoxu arxivlərdə qeydə alınan bəşəriyyətə qarşı cinayətlərin bir-bir üzə çıxması “Günəş palçığa bulaşmaz” deyimini təsdiqləyir.

Fransanın yaxın keçmişdə Afrikadakı cinayətləri

Bu cinayətlərin son dövrlərdə də davam etdiyini görürük. Məsələn, afrikalıların məruz qaldıqları ən ağrılı hadisələrdən biri, şübhəsiz ki, Tiaroye qətliamıdır. Məlum olduğu kimi, II İkinci Dünya Müharibəsi zamanı bir çox Afrika ölkələrindən olan əsgərlər Almaniyanın Fransanı işğalından sonra fransız hərbi geyimində canlarını verdilər. Bu arada seneqallılar unudulmaz bir faiciə ilə qarşılaşdı. 1944-cü ilin noyabrında baş verən hadisədə Seneqal snayper batalyonunun əsgərləri müharibədən sonra ölkələrinə qayıdaraq şəxsi hüquqlarının verilməsini və maaşlarının ödənilməsini tələb ediblər. Fransa Jandarmiyası bu məsum tələbə atəşlə cavab verdi və Seneqal tarixçilərinə görə yüzlərlə Seneqal əsgəri həlak oldu. Bu məqamda qeyd etmək lazımdır ki, seneqallılar reputasiya cinayəti ilə qətlə yetiriliblər. İddiaya görə, almanlara əsir düşən bir neçə seneqallı əsgər bu hadisədə vətənə xəyanət şübhəsi ilə qətl edilib. Təbii ki, belə halda belə, onlar heç olmasa, cinayət məsuliyyətinə cəlb edilməli idilər. Lakin hətta onların layiq olduqları əmək haqqı tələbinə də dözüm göstərilməyib.

Daha bir dəhşətli hadisə 1967-ci ildə, Biafra bölgəsinin Nigeriyadan müstəqillik tələb etdiyi zaman baş verdi. Əslində hadisələrin başlanğıcı 1960-cı ilə təsadüf edir. Nigeriya Federal Hökumətinin Anqlosakson ölkələrinə (ABŞ və İngiltərə) yaxınlaşmaq istəyi Fransa tərəfindən reaksiya ilə qarşılandı və nəticədə De Qoll hökuməti Biafra bölgəsinə silah göndərərək gizli şəkildə vətəndaş müharibəsinə səbəb oldu. Başqa sözlə, nigeriyalılar cəzalandırıldı. Xarici İşlər Nazirliyindəki “Franceafrique” adlı bir bölmənin bu cür siyasətlərlə xüsusilə maraqlandığı, Fransanın lazım gələrsə Afrikadakı mövcudluğu üçün əməliyyat təşəbbüsləri etməkdən çəkinmədiyi və partizan təşkilatına sahib olduğu iddiası ciddi şəkildə dilə gətirilir. Nəticədə minlərlə afrikalı müstəmləkəçilik məqsədləri naminə qarşıdurmalar nəticəsində ölümə məhkum edildi.

Son dövrdə Fransanın keçmiş prezidenti Fransua Mitteran dövründə hutuları dəstəkləməsi və Ruandada 800.000-dən çox tutsinin qətliamına səbəb olması faktı hələ də yaddaşlardadır. Paris hətta ürəksiz də olsa, Ruandada soyqırımına səbəb olduğunu etiraf edib.

Fransanın əli hələ də Afrikadadır

Afrika qitəsində baş verən “sınaqlar”ın tezliklə bitəcəyini düşünmək çox çətindir. Afrikada törədilən qeyri-insani cinayətlərə qarşı nə qədər mübarizə aparılacağı, cinayətkarların necə cəzalandırılacağı ilə bağlı nə Fransada, nə də hüquq müdafiəçiləri arasında bu məsələdə konsensus yoxdur. Bunda afrikalılara münasibətin, insan baxışlarının təhrif edilməsinin təsiri olduğu danılmazdır. Bunun hansı antropoloji və sosioloji araşdırmalara əsaslandığı bilinmir, “aşağı bacarıqlı insan” anlayışı (Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir) hələ də ifrat sağ mətbuatda yer alır. Məsələn, Fransanın başlatdığı “Barxane” əməliyyatlarında Malidə uşaqların zorlanması ilə bağlı istər ictimaiyyət, istərsə də siyasətçilər lazımi reaksiyanı göstərməyib, əksinə, vizual və yazılı mətbuat hadisəni ört-basdır etməyə çalışıb. Üstəlik, göz önündə keçirilən müzakirələrdə malili uşaqların təqib edilməsini elmi şəkildə izah etməyə çalışmaq tarixə tam bir cəhalət kimi düşdü. Qondarma ziyalıların təcavüzü fransız əsgərlərinin doğma şəhərlərindən uzaqda olması və iqlim şəraitinin insan psixologiyasına vurduğu ziyanla əlaqələndirmək cəhdləri də diqqətdən yayınmayıb. Ona görə də onların zorlayanlara bəraət qazandırmağa çalışmaları əlamətdardır. Əslində onların bu dövlətlə cəmiyyətin güzgüsü kimi mövqe tutduqlarını söyləmək olar.

Qeyd edək ki, son illər afrikalılara qarşı qeyri-insani rəftar ciddi şəkildə gündəmə gəlib. Bundan əlavə, eyni zamanda “Fransa Afrikanı itirirmi?”, “Afrikada yeni ictimai-siyasi qüvvələr balansı qurulurmu?”, “Afrikalılar niyə Fransaya düşmən münasibət bəsləyirlər?” Fransanın daxili və xarici siyasətində belə sualların tez-tez səsləndiyinin şahidi oluruq.

Təbii ki, iki əsrə yaxın müstəmləkə keçmişi olan və bu müddət ərzində həm maddi, həm də insan resurslarından maksimum istifadə edən Fransa Afrikaya qarşı həssasdır. Bu baxımdan Fransa dövlət adamlarının tez-tez Afrika ölkələrinə səfər etdiyini görürük. İyulun 26-da prezident Emmanuel Makron geniş Afrika turuna çıxdı. Əvvəl Beninə, daha sonra Kameruna gedən Makronun kənd təsərrüfatı sahəsində əməkdaşlıq və terrora qarşı birgə mübarizəni vurğulaması diqqət çəkir. Digər tərəfdən, Rusiya, Çin və Braziliyanın Afrikada varlığını günü-gündən artırdığını nəzərə alsaq, səfərin ciddi əhəmiyyət kəsb etdiyi göz qabağındadır.

Habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Afrika turuna çıxması Afrika ilə bağlı mümkün Rusiya-Fransa münaqişəsinə işarə kimi qiymətləndirilə bilər. Göründüyü kimi, bu, Afrika üçün yaxşı əlamət deyil. Bununla belə, Afrika qitəsinin kənd təsərrüfatından iqtisadiyyata, yeraltı sərvətlərdən insan resurslarına qədər bir çox potensialına baxmayaraq, bu cür təsir müharibələrinə səhnə olması təkcə qitəyə deyil, bütün dünyaya mənfi təsir göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin