Ukrayna bu fərqi uzun müddət saxlamaya bilər. Suriyanın 17,5 milyon, Venesuelanın 28,4 milyon, Ukraynanın isə 44,1 mln əhalisi var. İranın əhalisi isə Ukraynanın əhalisindən təxminən iki dəfə çoxdur və qeyri-sabitlik üfüqdə görünür.
Rejim dəyişikliyi İrana xarici dünya ilə bağlı siyastəyinə görə deyil, Ali Rəhbər Əli Xamneyinin qoca və ölümə yaxın olduğuna görə gəlir. Xamneyinin İbrahim Rəisinin varisliyinə gedən yolu asanlaşdırmaq üçün onun prezidentliyə yüksəlişini mərhələli şəkildə idarə etməsi ilə bağlı fərziyyələr yayılsa da, hakimiyyətin rəvan ötürülməsi heç də asan olmayacaq. Xameneyi sələfi Ayətullah Ruhullah Xomeyninin malik olduğu dini etimad və xarizmaya malik deyil, ölümündən sonra onun sözünün mənası olmayacaq.
Vərəsəliyin çətin olması bu vəzifənin gəlirli olması ilə əlaqəlidir. 33 illik fəaliyyəti dövründə Xameneyi nəzarət etdiyi biznes maraqları vasitəsilə milyardlarla dollar toplayıb. İranın liderliyinə yüksəlmək təkcə demokratiyanın məhdudiyyətləri olmadan geniş gücə sahib olmaq deyil (ali lider İranda bütün seçilmiş vəzifələrdən yuxarıda dayanır), həm də böyük sərvətdir. Dəyişikliyin nə qədər nadir hallarda baş verdiyini nəzərə alsaq, səbirlə gözləmək üçün heç bir stimul yoxdur.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da döyüşə qoşulacaq. 1989-cu ildə İranın müxtəlif güc mərkəzləri məhz Xameneyi zəif tərəf olduğu üçün ona güzəştə getdilər. Xameneyi siyasi bazanın çatışmazlığını SEPAH ilə simbiotik münasibət qurmaqla kompensasiya etdi. O, hakimiyyətin hər hansı mənalı məhdudiyyətinə müqavimət göstərəcək və siyasi rəqibləri üzərində nəzarəti gücləndirdiyi üçün bu münasibət ona xeyir verir. Xamneyinin hakimiyyəti dövründə də özünü yüz milyardlarla dollarla zənginləşdirən SEPAH nə hərbi hissələrə qayıtmaq, nə də yeni ali liderlə siyasi mübarizə aparmaq riskinə girməyəcək, daha doğrusu, SEPAH nəzarət etmədiyi hər kəsin rəhbərliyə çatmasının qarşısını almağa çalışacaq.
Döyüş qəddar ola bilər. Nə vaxt İranda liderlik boşluğu yaranıbsa, hərbi qüvvələr paytaxtda cəmləşərək ölkənin periferiyası boyunca narahat olan qəbilələrə və siyasi qruplara boşluğu doldurmağa imkan verib. Qonşu ölkələr nadir hallarda döyüşlərdə iştirak etməyə müqavimət göstərirlər. Bu, Soyuq Müharibənin ilk real böhranı olan 1946-cı il Azərbaycan Böhranının konteksti idi, çünki Sovet İttifaqı həm ölkənin işğalından, həm də 1941-ci ildə şahın devrilməsindən sonrakı illərdə İranın zəifliyindən faydalanmağa çalışırdı. Xamneyi öləndə təkcə Rusiya deyil, həm də İraq kürdləri, türklər, səudiyyəlilər, israillilər və pakistanlıların Tehranda olmasa da, İranın periferiyasında proksi qruplara dəstək verəcəyini gözləmək ağlabatandır.
İstənilən vətəndaş müharibəsi mülki insanları məhv edəcək, habelə İnqilab Mühafizəçiləri və ya digər sərt qruplar nəzarəti möhkəmləndirməyə çalışdıqları üçün mülki insanları hədəfə almağı seçə bilərlər. ABŞ-ın işğalından dərhal sonra İraqa nəzər salaq: Müqtəda əs-Sədri əhatə edən milislər məzhəb spektri üzrə təhsilli və orta təbəqəni fəal şəkildə hədəfə aldı, sadə səbəbə görə belə insanlar heç vaxt Sədri dəstəkləməyəcəklər. Qərb diplomatları beyin axınından şikayətlənirlər, lakin siyasi və intellektual səviyyədə rəqabət aparmaq istəməyən bəzi siyasi dairələr üçün belə bir axın müsbət haldır. İranda artan etiraz hərəkatı bir çox iranlının İslam Respublikasının sonunun yaxınlaşmasına ümid etdiyini göstərir. Xomeyninin uğursuz eksperimentinin qatı tərəfdarları belə iranlıları ölkədən qovmaqda maraqlıdır, çünki “mollalar” artıq onları İslam Respublikasının ruhani don geyinmiş kinli diktaturadan başqa bir şey olduğuna inandıra bilmirlər.
İranın yaxınlaşan iqtisadi problemləri də mükəmməl bir fırtınaya səbəb ola bilər. Nə sanksiyalar, nə də “Covid-19” İranın iqtisadi çətinliklərini tam izah etmir. İran Mərkəzi Bankının məlumatına görə, iqtisadiyyatın trayektoriyasının ən yaxşı ölçüləri olan xalis kapital ehtiyatı hələ Prezident Donald Trampın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından və Dövlət Katibi Mayk Pompeonun “Maksimum Təzyiq” kampaniyasını həyata keçirməsindən əvvəl də mənfi zonaya düşüb . Bu, bir neçə milyard dolların infuziyasını geri qaytara bilmədiyi iqtisadiyyatda əsas zəifliyə işarə edir. Sadə dillə desək, İran iqtisadi çöküşlə üz-üzədir.
İran daxilində üsyanlar on milyondan çox qaçqın yarada bilər. Çox az adam Şərqə Əfqanıstana getməyi seçər və suriyalı qaçqınlarda olduğu kimi, ərəb dünyası da onları qəbul etmək istəməz. Bu o deməkdir ki, böyük bir qaçqın axını şimala Qafqaza, oradan da qərbə Türkiyə vasitəsilə Avropaya doğru yönələcək. Avropa liderləri Suriyalı və indi Ukraynalı qaçqınların ardıcıl dalğalarından sonra bu problemin sona çatdığına inana bilərlər, lakin üfüqdə daha böyük dalğa görünə bilər.
Firuz Bağırov
Ordu.az