Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə deyilir.
Müəllifin sözlərinə görə, Azərbaycan o sənədi ona görə imzaladı ki, artıq bir çox əraziyə nəzarəti ələ almışdı.
“Bu, Rusiyaya da sərfəli idi, çünki Qəbələ RLS-i itirdikdən sonra Azərbaycanda hərbi kontingent saxlaya bilməyən Rusiya Qarabağda hərbi baza əldə etdi. Qarabağ məsələsi Rusiyanın Azərbaycanla münasibətlərində faktor olmaqdan çıxdı. Bu isə o deməkdir ki, Ermənistan Rusiya-Azərbaycan münasibətlərində mühüm aktor olmaqdan çıxıb. 44 günlük müharibədən sonra Rusiya Qarabağ danışıqlarının oyun kartından istifadə etmədən Azərbaycanla problemləri öz adından müzakirə etməyə başladı.
Sual verə bilərsiniz, əgər Rusiya elan edilmiş 5 illik müddət bitdikdən sonra qoşunlarını Qarabağdan çıxarmalı olsa, Putinin planı necə olacaq? Bu barədə narahat olmamağı təklif edirəm. Birinci ona görə ki, bu, Rusiyanın problemidir, sonra isə bu Paşinyanın fəaliyyəti nəticəsində Azərbaycanın daxili işidir, Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur. Onu da deyim ki, Rusiya ordusu bu gün Qarabağdadır və açıqlanan məqsədlə deyil. Super güclər belə xırda məsələlərlə məşğul olmurlar. Onların planları adətən kiçik ölkələrin hesablamasından gec bəlli olur. Kiçik ölkələr bəzən başlarına gələnləri belə başa düşmürlər və yalnız hər şey bitəndən sonra özünə gəlirlər. Gürcüstan, Ukrayna və Ermənistan buna əyani sübutdur. Gürcüstan bilsəydi ki, Rusiya hərbi bazası Axalkalakidən çıxarılandan sonra onların başına nə gələcək, qətiliklə bu addımı atmazdı. Bundan ruhlanan gürcülər Abxaziya və Cənubi Osetiyanı itirdilər. Ukraynada "Maydan"dan sonra onların başına nə gələcəyini bilsəydilər, Yanukoviçlə yaxşı dolanardılar və bu gün eyni kökdən olan Ukrayna və Rus xalqları arasında Krım və ya Donbas məsələsi olmazdı”, - deyə müəllif qeyd edib.
Məqalədə deyilir ki, hər kəsin, o cümlədən supergüclərin də səhv etmək hüququ var.
“Paşinyan məsələsində hamı yanılırdı. Paşinyan qlobal səhvin nəticəsidir və onun hamının başına əsl bəlaya çevrilməsinin səbəbi budur. Supergüclərin heç biri öz səhvini etiraf etmək istəmir, Paşinyan bundan istifadə edir. 44 günlük müharibədən sonra vəzifəsini davam etdirməməli, kamerasında milçəkləri saymalı idi. O, 44 günlük müharibəni qızışdırmaqla ABŞ, Böyük Britaniya, Türkiyə, Aİ-dən tutmuş Rusiya, İran və Çinə kimi hamının planlarını alt-üst etdi. Paşinyan iradəsindən asılı olmayaraq, Qərbin Mərkəzi Asiyanın enerji daşıyıcılarını ələ keçirməklə bağlı uzunmüddətli planlarını alt-üst etdi, Rusiya qoşunlarının Azərbaycana yeridilməsinə, ikinci Rusiya-Ukrayna müharibəsinə səbəb oldu. Bütün bunlara nə Qərb, nə də Rusiya hazır deyildi. Dünya əhalisinin yarısı aclıq təhlükəsi ilə üz-üzədir, bütün qərb dünyası Rusiyaya qarşı çıxıb, onu aradan qaldırmağa çalışırlar. Bütün bunlarda bizim üçün ən vacib olan budur: bu böyük döyüşün nədən ibarət olduğu heç kimin vecinə deyil.
Fövqəldövlətlər bu suala cavab tapa bilmirlər, lakin Nikolla bəzi razılaşmalar sayəsində bu mühüm regionda öz mövqelərini möhkəmləndirmək ümidlərini hələ də saxlayırlar. Bir sözlə, Nikolun dəyişməsinə, Ermənistanın suverenliyini bərpa etməyə vaxt yoxdur”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az