Ermənistan Ukrayna müharibəsində Moskvanı açıq şəkildə dəstəkləməkdən çəkinir – ANALİZ

2022/01/61d83-1641560410.jpg
Oxunub: 3042     10:27     07 İyul 2022    
Müharibədəki məğlubiyyətdən sonra təhlükəsizlik baxımından çətin vəziyyətə düşən Ermənistan üçün Rusiya ilə ikitərəfli münasibətlər həlledici əhəmiyyət kəsb edir. Lakin bu mülahizələr sərt hərbi amillərdən kənara çıxır. Rusiya Ermənistanın enerji təchizatını inhisara alıb, buna Ermənistanın boru kəməri və təbii qazpaylayıcı şəbəkəsinə “Qazprom”un birbaşa sahibliyi, eləcə də Rusiya hökuməti ilə güclü əlaqələri olan etnik erməni sahibkarın elektrik enerjisi şəbəkəsinə nəzarət etməsi misaldır. Ermənistan iqtisadiyyatı xeyli dərəcədə Rusiyada işləyən sakinlərin pul köçürmələrindən asılıdır. Və son aylarda, Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu başlayandan bəri bu köçürmələr azalıb.

Ermənistanın Rusiyanın Ukraynaya qarşı hərəkətlərini dəstəkləməsi ilə bağlı iddialar ən həssas məsələlərdən biridir. Moskva Gümrüdəki 102-ci hərbi bazasından Rusiya qoşunlarının bir hissəsini Ukraynaya köçürmək üçün İrəvanın razılığını almayıb və bu, erməni isteblişmentini narahat edir.

Eyni zamanda, rəsmi Ermənistan bəyanatlarında müntəzəm olaraq Moskvanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətindən bəhs edilsə də, bununla bağlı praktiki səylərin az olduğunu görmək olar. Rusiya iddia edir ki, Qərbin tətbiq etdiyi sanksiyaların məqsədi Rusiyanı zəiflətmək və ABŞ-ın qlobal hegemonluğunu təmin etməkdir. Nəticə etibarilə Rusiya və onun keçmiş sovet müttəfiqləri “həmrəylik” nümayiş etdirməli və sanksiyaların təsirini azaltmaq üçün AİB-də birgə addımlar atmalıdırlar. Bununla belə, Kopirkinin müraciəti nə regionda, nə də Ermənistanın özündə heç bir əməli hərəkətə səbəb olmayıb. Moskvadan çıxan bu cür rəvayətlər daha çox erməni radikal müxalifəti tərəfindən təkrarlanır, bu da öz növbəsində Rusiya hökumətyönlü mediası tərəfindən müntəzəm olaraq gücləndirilir. Nəticədə, İrəvandakı Nikol Paşinyan hökuməti, AİB-in digər üzvləri Qazaxıstan və Qırğızıstan da Rusiya və Belarusa qarşı tətbiq olunan sanksiyalardan yan keçmək istəyirlər. Üstəlik, may ayında keçirilən KTMT-nin ən son sammitində Belarus prezidenti Aleksandr Lukaşenko yenidən “həmrəylik” məsələsini xatırladanda Paşinyan qarşılıqlı münasibətin zəruriliyini bəyan edib. Ermənistan lideri KTMT-nin 2020-ci ildə 44 günlük müharibə zamanı və ondan sonra İrəvanın narahatlığına əvvəllər məhəl qoymaması, eləcə də münaqişədən əvvəlki illər ərzində Rusiya və Belarusun Azərbaycana silah tədarük etməsi faktına görə demək olar ki, praktiki addım atmadığını nəzərdə tutub.

Rusiya təbliğatı məsələsi illərdir erməni ekspertləri, qeyri-hökumət təşkilatları (QHT) və media arasında qızğın müzakirə mövzusu olub, hələ son vaxtlara qədər QHT-lərin bəzi təxribat cəhdləri istisna olmaqla, ölkə bu məsələ ilə bağlı heç bir real addım atmamışdı. Bu, nəhayət, mayın 20-də, Məlumatlı Vətəndaşlar İttifaqının (“Freedom House” təşkilatının dəstəyi ilə) təşkil etdiyi və bir sıra dövlət rəsmiləri və xarici diplomatların iştirak etdiyi “Demokratiya Uğrunda Erməni Forumu” zamanı dəyişdi. İlk dəfə olaraq Ermənistanın əsas hökumət rəsmisi dövlət tərəfindən koordinasiya edilən bu cür təbliğatın milli təhlükəsizliyə təhlükə olduğunu açıq şəkildə vurğuladı. Televiziya və Radio Komissiyasının rəhbəri Tiqran Akopyan bəyan edib ki, ictimai multipleks və kabel şəbəkələri ilə yayımlanan xarici televiziya kanalları bu təbliğatda istifadə olunur. Qeyd edək ki, hazırda erməni ictimai multipleksinə daxil olan yeganə xarici kanallar hökumətin nəzarətində olan dörd Rusiya kanalıdır. Ermənistanda yayım, televiziya və radionu tənzimləyən “Audiovizual Media haqqında 2020-ci il Qanunu”na əsasən bunlar bağlanmalı idi. Qanunvericilik xüsusilə qeyd edir ki, hökumətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, yalnız Ermənistan media şirkətləri ictimai multipleksdə yer ala bilər.

44 günlük müharibə zamanı və ondan sonra Rusiyanın Ermənistana minimal dəstəyi, Rusiyanın Avropa İttifaqının himayəsi altında Ermənistan-Azərbaycan danışıqlarına etimadsızlığı, eləcə də erməni müxalifətinin döyüşkən rusiyayönlü ritorikası kimi digər məsələlər də potensial olaraq Moskva və İrəvan arasında ikitərəfli münasibətləri gərginləşdirə bilər.

Tərəflərdən heç biri hazırda bu və ya digər anlaşılmazlıqların hər hansı birini açıq qarşıdurmaya çevirmək istəmir. Bütün bunlara baxmayaraq, bu fikir ayrılıqları çox güman ki, İrəvana diskomfort gətirməkdə davam edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ukrayna  


Bizi "telegram"da izləyin