“Eurosatory 2022”: İsrail şirkəti “Spike FireFly” kamikadze PUA-larını nümayiş etidirib

2022/06/Rafae-1655538798.jpg
Oxunub: 5444     17:51     18 İyun 2022    
İsrailin “Rafael” şirkəti “Eurosatory 2022” sərgisində “Spike” sursat ailəsinin ən kiçik üzvünü nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “FireFly” adlı kamikadze PUA-lar yaxın döyüş üçün nəzərdə tutulub.

“Gəzən sursat” hər hansı bir mühitdə yaxın döyüş qüvvələrinə dəqiqliklə zərbə endirmək üçün istifadə oluna bilər.

Silah sistemi dəstinə 3 “gəzən sursat”, planşet və bel çantasından ibarət İdarəetmə stansiyası daxildir.

Hədəflər aşkar edildikdən sonra operator onlara kilidlənir və dəqiqliklə hücum edir.

“Firefly” sisteminin sensorları çox çevik hədəfləri aşkarlamağa, müəyyən etməyə, izləməyə və geri qayıtmağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Firefly  


Bizi "telegram"da izləyin