Britaniya Süni Zəka Müdafiə Strategiyasını açıqlayıb

2022/06/UK-AI-1655538591.jpg
Oxunub: 8391     12:59     22 İyun 2022    
Böyük Britaniyanın Müdafiə Nazirliyi özəl sektorla texnoloji əməkdaşlığa yeni yanaşmaları özündə əks etdirən ilk Süni Zəka (SZ) Müdafiə Strategiyasını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Təchizatları üzrə Naziri Ceremi Kvin məlumat verib.

O bildirib ki, SZ gələcək müharibəni yenidən formalaşdırmaq qabiliyyətinə malik yeni texnologiyalardan biridir. O, SZ-nin sənaye üçün kömür qədər vacib olan “strateji milli resurs” olduğunu vurğulayıb.

Yeni SZ müdafiə strategiyası üç “sütun”u vurğulayır - ambisiya, innovasiya və məsuliyyət.

Kvin qeyd edib ki, Böyük Britaniya müdafiənin bütün sahələrində SZ imkanlarından istifadəni təmin edəcək.

Strategiyanın bir hissəsi olaraq, nazirlik hər bir müdafiə məmurunun SZ və qabaqcıl texnologiyalar haqqında strateji anlayışa malik olmasına zəmanət verəcək.

Nazirlik, həmçinin SZ üzrə nümayəndə təyin edəcək və SZ ilə bağlı daha çox karyera imkanları təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Süni-Zəka  


Bizi "telegram"da izləyin