“Eurosatory 2022”: İsrail “Hero-30” adlı kamikadze PUA-larını nümayiş etdirib

2022/06/UAVis-1655493181.jpg
Oxunub: 8637     16:36     18 İyun 2022    
PUA və alt sistemlərinin inkişafında 15 ildən çox təcrübəyə malik olan İsrailin “UAVision Aeronautics” şirkəti “Eurosatory 2022” sərgisində “Hero-30” adlı kamikadze PUA-larını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, “Hero-30” müasir döyüş meydanının mürəkkəb tələblərinə cavab verən piyada əleyhinə “gəzən sursat”dır.

“Hero 30” sıx məskunlaşmış şəhər yerləri, açıq sahələr və dağlıq ərazilər kimi ən sərt mühitlərdə dəqiq zərbələr endirə bilən, döyüşdə sübut edilmiş yüngül və yığcam kamikadze PUA-dır. Sistem mülki itkiləri minimum endirir və müasir asimmetrik münaqişələrdə bütün eşelonlara əhəmiyyətli üstünlük təmin edir.

PUA havadan, qurudan və dənizdən istifadəyə yararlıdır. Sistem missiya tələblərindən asılı olaraq avtonom, yarımavtonom və ya operator vasitəsilə işləmək qabiliyyətinə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA  


Bizi "telegram"da izləyin