Ordu.az xəbər verir ki, sərgidə şirkət daxili və xarici bazarlar üçün hazırladığı təkərli və tırtıllı zirehli maşınlarını, eləcə də quru sistemlərindəki imkanlarını nümayiş etdirib.
Sərgidə şirkət “Mızrak” uzaqdan idarə olunan silah qülləsi ilə təchiz edilən çoxtəkərli “Arma” maşınlarını təqdim edib.
6x6 və 8x8 təkər formullu maşınlar döyüşdə sübut olunmuş piyadaların döyüş maşınları ailəsidir və müxtəlif missiyalar üçün nəzərdə tutulub. “Arma” döyüş və sülhməramlı əməliyyatlarda müasir orduların sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verir.
Amfibiya xüsusiyyəti sayəsində avtomobil suda üzə və 8 km/saat sürətlə hərəkət edə bilir.
8x8 təkər formullu “Arma” 24.000 kq ümumi çəkiyə malikdir və tam qorunan gövdəsində bir sürücü, komandir və 10 şəxsi heyəti daşıyır.
Sevinc Əliyeva
Ordu.az