Ordu.az xəbər verir ki, şirkətin stendində “Akaş” adlı orta mənzilli “yer-hava” raketi diqqət çəkib.
“Akaş” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və “Bharat Dynamics Limited” şirkəti tərəfindən istehsal olunub.
Müşahidə və atəşə nəzarət radarı, taktiki idarəetmə və komanda mərkəzi və raket buraxılış qurğusu “Bharat Electronics” (BEL), “Tata Power Strategic Engineering” və “Larsen & Toubro” şirkətləri tərəfindən hazırlanıb.
“Akaş” raket sistemi 30 km məsafədəki təyyarələri hədəfə ala bilir. O, döyüş təyyarələri, qanadlı raketlər və hava-yer tipli raketlər, eləcə də ballistik raketlər kimi hava hədəflərini zərərsizləşdirmək qabiliyyətinə malikdir. Hindistan Ordusu və Hindistan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir.
Raketin çəkisi 720 kq, diametri 35 sm, uzunluğu 5,78 metrdir. “Akaş” səsdən yüksək sürətlə uçur.
Sevinc Əliyeva
Ordu.az