Ordu.az xəbər verir ki, “CheetIR” adlı kameralar uzun mənzilli infraqırımızı kamera sistemidir.
Sistem “Shield” adlı PUA əleyhinə müdafiə sistemləri üçün nəzərdə tutulub.
“CheetIR-L” analoqlarından fərqli olaraq daha kiçik və daha yüngüldür, PUA-ların aşkarlanması və izlənilməsi diapazonu iki dəfə artırır. Onun yığcam ölçüsü və yüksək keyfiyyətə malik malik olması antidron sistemləri üçün idealdır.
Sistemlər, həmçinin mobil qısa mənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemlərində də istiadə olunur.
Bütün hava şəraitində dron təhlükələrini 24/7 aşkar etmək və izləmək üçün ən müasir 3D radarla birləşdirilmiş, tam rəqəmsal “CheetIR-L” kamerası “Shield” platformasına problemsiz şəkildə inteqrasiya olunur.
Sevinc Əliyeva
Ordu.az