“Eurosatory 2022”: Niderland şirkəti hərbi ekzoskeletini təqdim edib

2022/06/Intes-1655491371.jpg
Oxunub: 5355     14:51     18 İyun 2022    
Niderlandın “Inespring” şirkəti “Eurosatory 2022” sərgisində “Centaur” adlı hərbi ekzoskeletini təqdim edib.

Ordu.az xəbər verir ki, ekzoskelet ağır yüklər üçün nəzərdə tutulub.

Sistem dayanıqlığı, sağ qalma qabiliyyətini artıran, yüngül çəkili, insan gücü ilə işləyən hidravlik sistemdir.

Süni Zəka (SZ) texnologiyasından istifadə edərək, “Centaur” hidravlik sistemlərinin nə vaxt aktiv olmasının lazım olduğunu və istifadəçiyə səlis və təbii hisslər yaşatmağı dəqiq proqnozlaşdırır.

Sistem hərbçinin döyüş qabiliyyətini xeyli artırır, daha çox çeviklik və daha sürətli rabitə imkanları verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Süni-Zəka  


Bizi "telegram"da izləyin