“Eurosatory 2022”: Mülki və hərbi tətbiqlər üçün nəzərdə tutulan kompozit avtomobil təqdim olunub

2022/06/HENSO-1655489215.jpg
Oxunub: 6941     11:35     18 İyun 2022    
Sensorların hazırlanmasında ixtasaslaşmış “Hensoldt” şirkəti və İtalyanın avtomobil istehsalçısı olan “Iveco Defence Vehicles” (IDV) “Eurosatory 2022” yeni hazırladıqları MUV adlı hərbi maşını təqdim ediblər.

Ordu.az xəbər verir ki, MUV mülki və hərbi sektorda müşahidə və kəşfiyyat, həmçinin özünümüdafiə və karvanın mühafizəsi üçün istifadə oluna bilər.

MUV konsepsiyasının üstünlüyü “Hensoldt” sensor dəstinin “Iveco” istehsalı avtomobil platformasına birləşməsidir. Maşın geniş çeşidli tapşırıqlar üçün xüsusi olaraq hazırlanıb. Adaptiv aşkarlama və təsnifat qabiliyyətinə malikdir.

Maşın müxtəlif radar, radio və digər sensor sistemləri ilə təchiz olunub. Sistem arxitekturası istifadəçiyə qərar qəbul etmə prosesində dəstək verən və bütün şərtlər altında əməliyyat hazırlığını təmin edən avtomatik məlumatların işlənməsini təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurosatory  


Bizi "telegram"da izləyin