Ordu.az xəbər verir ki, təqdimat Parisdə keçirilən “Eurosatory 2022” beynəlxalq müdafiə sərgisində baş tutub.
Sistem 6x6 təkər formuluna malik “Eagle” təkərli zirehli avtomobilə quraşdırılıb.
“IRIS-T SLS Mk III” sistemləri qırıcı təyyarələr, hücum helikopterləri, radiasiya əleyhinə raketlər, qanadlı raketlər, idarə olunan bombalar, PUA və iri çaplı raketlər kimi geniş spektrli hava təhdidlərinin qarşısını almaq üçün nəzərdə tutulub.
Sistem hava hücumlarına qarşı 360° müdafiə təklif edir. Raket inteqrasiya edilmiş təkan vektor idarəetmə sistemi ilə təchiz edilmiş təkmil raket mühərriki ilə hərəkətə gətirilir. Təxminən 8 km yüksəklikdə, 12 km məsafədə uçan hava hədəflərini vura bilir.
Sevinc Əliyeva
Ordu.az