“Eurosatory 2022”: Almaniya və Yunanıstan müdafiə şirkətləri birgə silahlar hazırlayacaq

2022/06/KMW_s-1655462031.jpg
Oxunub: 8802     10:46     18 İyun 2022    
Yunanıstanın EODH şirkəti ilə Almaniyada yerləşən “Krauss-Maffei Wegmann” şirkətinin “KNDS Group” törəmə şirkəti arasında Çərçivə Sazişi imzalanıb.

Ordu.az xəbər verir ki, imzalanma mərasimi “Eurosatory” sərgisində baş tutub.

Çərçivə Sazişi olduqca iddialıdır. Müqavilə aşağıdakıları ehtiva edir:

1) Yeni nəsil ASPIS NG zireh modullarına və EODH-nin mühafizə texnologiyalarına əsaslanan Əsas Döyüş Tankları üçün mühafizə təkmilləşdirmə paketləri;

2) Tədqiqat və İnkişaf, yeni qabaqcıl texnologiyalarının sınaqdan keçirilməsi və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq;

3) KMW-nin Avropa, Yaxın Şərq və digər beynəlxalq bazarlarda cari və gələcək proqramlarının zireh qorunması və sağ qalma qabiliyyəti sahəsində əməkdaşlıq həlləri;

4) Strateji və digər innovativ materialların zəmanətli tədarük zəncirinin təmin edilməsi sahəsində uzunmüddətli əməkdaşlıq;

5) NATO-ya üzv dövlətlərdə və dost ölkələrdə məhsulların, müdafiə sistemlərinin və texnologiyalarının birgə marketinqində əməkdaşlıq.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Yunanıstan  


Bizi "telegram"da izləyin