Noyabrın 10-da, eləcə də 11 yanvar tarixli məlum üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməyən Ermənistanın hərəkətlərinə görə rəsmi Bakı vaxt itirmirdi. Birincisi, Azərbaycan tərəfi işğaldan azad olunan ərazilərə qoşun yeritməklə həmin ərazilərdə yeni hərbi hissələr inşa etməyə qərar verdi.
Azərbaycanın hərəkətlərinin məntiqi çox sadə idi. Əvvəla, bu yolla rəsmi Bakı təkcə sərhəd yüksəkliklərində deyil, həm də bütün mümkün hərəkət yol və vasitələrinə total nəzarət yaratmaqla erməni tərəfinin mümkün revanşist əhval-ruhiyyəsindən irəli gələn təhlükələrdən sığortalanmağa çalışdı. Bu məsələ Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, çünki müharibədən sonra azad edilən Kəlbəcər-Laçın bölgələri ilə əlaqə çox zəif və həssasdır. Azərbaycan anlayır ki, mümkün yeni müharibə olarsa, iki rayonun müdafiəsində ciddi problemlər yarana bilər. Bu səbəbən Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək təxribatların qaşısını almaq üçün həmin əraziləri mümkün qədər gücləndirməyə başladı.
Bundan əlavə, qərb sərhədlərini gücləndirməklə Azərbaycan Türkiyə ilə arasında qurudan quruya əlaqə yaratmaq kimi çoxdankı hədəfinə çatmağa çalışır. Və bu, ötən il ortaya çıxan ikinci, lakin ən vacib elementdir.
Təbii ki, Azərbaycanın dogma torpaqlarına qayıdışı, bir çox aktorların, o cümlədən İranın narahatlığına səbəb oldu. Sentyabr-oktyabr aylarında gərginlik pik həddə çatdı. İran Ermənistan və Azərbaycan sərhədində irimiqyaslı hərbi təlimlərə başladı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Tehrana dəvət etdi.
Son bir ildə Ermənistan-Azərbaycan münasibətlərində meydana çıxan üçüncü mühüm element yuxarıda qeyd olunan hadisələrin həllindən irəli gəlir. Azərbaycan faktiki olaraq dəhliz məsələsini gündəmə gətirib. Üstəlik, söhbət türk dövlətlərinin nəzarətində olan Zəngəzur dəhlizi adlanan yoldan gedir.
Türkiyə hakimiyyəti başa düşür ki, belə bir dəhliz Azərbaycana və oradan mərkəzi Asiyaya məhdudiyyətsiz ixracı təmin edəcək. Belə bir dəhlizin Türkiyə və Azərbaycan üçün təkcə iqtisadi, kommunikasiya, hərbi deyil, həm də geosiyasi əhəmiyyəti var. Ona görə də Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün ilkin şərt kimi indi suveren dəhlizin təmin edilməsi məsələsini irəli sürüb. Bu fakt noyabrın 11-də məlum olub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Ermənistan ərazisindən Türkiyə və Azərbaycana dəhliz verilməsinə təkcə Ermənistan qarşı çıxmır. Görünən odur ki, İran da bundan narazıdır. Dəhliz ideyası Qərbdə də birmənalı qarşılanmayıb. Buna baxmayaraq, ABŞ İranın şimalla əlaqə imkanlarını məhdudlaşdırmaqda maraqlıdır.
Bu məsələ ilə bağlı müzakirələr davam edir. Ermənistan, Rusiya və Azərbaycan liderlərinin növbəti görüşü noyabrın 26-da Soçidə baş tutdu. Daha sonra Aşqabadda keçirilən iclsada Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Zəngəzur dəhlizi reallığa çevrilir.
Türkiyə-Azərbaycan üçün nəzərdə tutulan dəhliz əsasən iqtisadi deyil, milli əhəmiyyəti var.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin artıq olmadığını bildirir. Müxtəlif ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməkdə davam edir, regionun nəhayət sülh erasına qədəm qoyacağından danışırlar.
Beşinci məsələ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasıdır. Görünür, bu il noyabrın 26-da Soçidə keçirilən Putin-Paşinyan-İlham Əliyev üçtərəfli görüşü zamanı bu məsələ artıq həll olunub. Hər halda, Rusiya prezidenti yekun nitqində bəyan edib ki, üç ölkənin baş nazirinin müavinləri bu ilin sonuna kimi demarkasiya və delimitasiya işlərinin mexanizmlərini işləyəcəklər. Putin bunun üçün heç bir maneə görmədiyini də bildirib.
Ermənistan-Azərbaycan münasibətlərində meydana çıxan bütün qeyd olunan yeni elementləri oxucunun rahatlığına uyğun tərtib etmək olar. Aydındır ki, bu məsələdə ilkin, ikinci dərəcəli məsələlər yoxdur. Bunların hamısı bizim təhlükəsizliyimizə, həyati maraqlarımıza aiddir, ona görə də çox vacibdir.
Asif Cəfərov
Ordu.az