Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO+FOTOLAR

2021/12/recei-1639663790.jpg
Oxunub: 19389     18:07     16 Dekabr 2021    
Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib

Ordu.az xəbər verir ki, plaana uyğun olaraq "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.

Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.

Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.

Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Əlahiddə-ümumqoşun  


Bizi "telegram"da izləyin