Şəhadətini öncədən görən qəhrəman: "Hamının qulağına dedi ki, axırıncı oyunumdur" (FOTOLAR)

2021/11/esas-9825988074.jpg
Oxunub: 5464     10:51     24 Noyabr 2021    
Onlar təkcə əməlləri ilə düşmən üzərində qələbə qazanıb tarix yazmadılar. Həm də şəhadətə qovuşacaqlarını öncədən hiss etdiklərini dilə gətirərək onları sevənlərin ürəyində əbədiyyən silinməyən bir iz, qulaqların dalğalanaraq əks-səda verən bir səs yadigar qoyublar. “Mən şəhid olacam, üzülməyin, sevinin ki, mən o ali zirvəyə ucalmışam.”

Ordu.az saytı olaraq daim vətən uğrunda şəhadətə qovuşan igidlərimizin xidməti yolu barədə silsilə yazılar veririk.

Bu gün bu cür şəhidlərimizdən daha biri, Asim Çingiz oğlu Cəfərli barəsində ailəsinin dilindən eşitdiklərimizi Sizə çatdımağa çalışacağıq.

Asim Cəfərlinin keçdiyi hərbi xidmət yolu onu tanıyanların hər biri üçün sözün əsl mənasında bir örnəkdir. Barəsində eşitdiyimiz şəhidimizin ailəsinə üz tutduq. Yolumuz Bərdə rayonu Piyadalar kəndinədir. Kəndin mərkəzində olan evlərinin giriş qapısında bizi Asimin atası Çingiz kişi qarşılayır. Gəlişimizin məqsədini biləndən sonra “Asimin adına gələn hər bir kəsə bu evin qapıları daim açıqdır” deyir. Evə daxil oluruq, evin otaqlarından birində onun fotoları və şəxsi əşyalarının səliqəylə düzülüb. Yarı qaranlıq olan otağın işığını yandırır. Müasir tipli elektrik lampasından süzülən işıq Asimin divarda asılan fotolarının üzərində əks olunur. Atası deyir ki, Asimin bu işıqdan çox xoşu gələrdi. Dərs oxuyanda da stolüstü lampasına bu lampadan bağlamışdı.

"Körpəliyindən süd rəngli işığa çox maraqlı baxırdı. Adi lampalardan fərqli olaraq bu lampaların işığında daha rahat yatardı. Elə böyüdükcə ağ rəngli işığa olan marağı da artırdı. Bir ona görə daim bu lampadan ehtiyat saxlayırdıq. Bilirdik ki, digər lampalarda yata bilmir. Bir gün evdə deyər ki, bu lampanın işığından ona görə xoşum gəlir ki, elektirik kəsilsə də onda xeyli müddət işıq əks olunur. Görün nə gözəldir, anlayan insan üçün, ibrətlik bir mənzərədir. Mən də, gərək, sən də elə olasan ki, öz icad elədiyin bu əşya kimi, sönəndən sonra, işığını hamı görsün".

Çingiz kişi deyir ki, Asimin sözləri onu sonralar xeyli düşündürüb. Axı bu uşaq bu cür fikirlərilə, bu cür halların insanın ömür yoluyla əlaqələndirməsilə nə demək istəyirdi deyə öz-özünə çox sual verib. Oğlunun nə zamansa həyatda olmama fikirinə gəlincə isə bunu bir mənalı şəkildə qəbul etmək istəmədiyini deyir. Söhbət etdikcə sanki oğlunun bu sözlərini eşitməsindən ehtiyat edirmiş ki, gah səsini qısaraq sakit tonla danışar, gah da ötəri baxışla çönüb oğlunun divarda asılan fotolarına baxaraq sürətlə baxışını yayındırırdı. Əlinin arxasıyla gözlərini sıxıb, yanağına süzülən göz yaşlarının axmasına mane olmaq istəyirdi.

- Hərbi xidmətə nə zaman getmişdi?

- Asim 2001- ci il təvəllüdlüdür. 2019-cu il 23 oktyabr tarixində həqiqi hərbi xidmətə gedib. Hərbi xidmətini ilk 3 ayını Gəncədə, daha sonra isə Qazax rayonundakı hərbi hissələrdən birində keçirib. Müharibə başlayan zaman sentyabrın 27-də Daşkəsən istiqamətində aparılıb. Burda orda neçə gün qaldıqlarını bilmirəm, sonra öyrəndim ki, Füzuli rayonu istiqmətində gedən döyüşlərə aparılıb. Oktyabr ayının 25-dən 26-na keçən gecə Xocavəndin Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ata danışır. Gah oğlundan, gah da özünün Vətən müharibəsinin birinci aktiv dövründəki iştirak etdiyi döyüşlərdən söhbət açır. Deyir ki, heç zaman ağlına gətirə bilməzdi ki, bir vaxtlar onun ermənilərlə üz-üzə döyüşdüyü o yerləri bir neçə ildən sonra onların övladları azad edəcək. Çingiz kişi 1994-cü ildə qüvvəyə minən atəşkəsdən sonra, nə vaxtsa erməniləırin bu torpaqlardan çıxarılması üçün “İrəli” əmrinin Qarabağı görməyən oğlu üçün deyil, onun üçün olacağını gözləyib. Axı, bu gün özünün də dizində təpər, qolunda qüvvət var. Bu da düşməni məhv etmək üçün yetərlidir. Sözlərinə ara verib bir müddət susqun durur. Adətim üzrə onu bu xəyalından ayırmağa tələsmirəm. Bir neçə dəqiqə otağa çökən sükutu onun titrək səsi pozur.

- Bilrsiniz, oğlum Asim şəhid olacağını bilirdi. O, bunu əsgəri yığıncağında bacısına deyib.

Atanın dediyi bu sözlər məndə təəccüb doğurmaya bilməzdi. Onsuz da bu zamana qədər qonağı olduğum ailələrin hər birində bu və ya digər şəkildə övladlarının şəhadətə yüksələcəyini dinləmişdim. Amma bu müharibənin aktiv vaxtlarına təsadüf etdiyi üçün o qədər də təəccüblü olmayıb. Amma Asimin şəhid olmasını hiss edərək ailə üzvülərinə deməsi şəhadətindən bir il öncəyə təsadüf edirdi.

2019-cu ilin oktyabr ayı. Cəfərovlar ailəsində hamı sevinc içərisində axşamkı məclis üçün hazırlıqlar görürlər. İki bacının bir qardaşı olan Asimin hərbi xidmətə getməsi şərəfinə yığıncaq təşkil edilir. Hamı deyir, gülür, ona can sağlığı və xidmətində uğurlar arzulayırlar. Bu kişilik məktəbində Asimin özünəməxsus imza ataraq sağ-salamat qayıtması diləklərini bildirirlər. Kiçik məclisdə səsləndirilən oyun havaları, onun şəninə səsləndirilirdi. Məclisin sonlarına yaxın səsləndirilən mahnı şəhid anasına həsr edilmiş, lirik bir mahnıydı.

Asim bu melodiyaya qollarını qaldırıb gözlərini yumaraq başını geri edib, asta-asta yerində hərlənməyə başlayır. Asimin bu mahnını sifariş etməsi məclisdə olan hər kəsin dilin sanki bağlamışdı. Hamı təəccüb dolu baxışlarla ona baxırdı. Onun bu oynamağını bacısı Elmira qardaşının qolundan tutub mane olmaq istəyəndə, Asim bacısının boynunu qucaqlayıb onun qulağına nəyisə pıçıldayır. Elmiranın üzündə yaranan şok ifadəsi kiminsə gözündən yayınmır. Mahnıda deyilən sözlər isə Asimin bacısına pıçıltıyla dediyi “Mən şəhid olacam. Siz mənimlə fəxr edəcəksiniz” sözlərini tam olmasa da, artıq hiss etmişdilər: “Anam ağlama, qara bağla”.

Aynurə Bayramova (şəhidin anası): Yığıncağı vaxtı gəldi, oynayırdı, mahnı çaldırdı, “Ana ağlama, qara bağlama”, o mahnını çaldırdı. Hamının da qulağına dedi ki, axırıncı oyunumdur. Bizdə dedik yox, dedi ki, yox bu axırıncı oyunumdur. Bir dənə yığıncağımda oynayacam, ayrı heç yerdə oynamayacam.

Atasının müharibə xatirələrilə böyüyən Asimin anası Aynurə ana deyir ki, onun nə qədər vətənpərvər olduğunu görürdü. Elə bu səbəbdən də oğlunu əsl cəngavər kimi böyüdüb. Aynurə ananın sonda dediyi fikirlər isə ermənilərə sərt bir mesaj idi. Elə bir mesaj ki, o təkcə bu gün yox, yüz illər keçsədə əsl Azərbaycan anasının dilindən səsləndirilən bir şüar kimi milyonları öz ətrafında düşmənə qarşı mübarizədə cəmləşdirəcək.

Aynurə Bayramova (şəhidin anası): 3 övladım vardı, 2 qız, bir oğlan. Biri getdi, vətən yolunda getdi. Üzülmürəm, özüm cəngavər kimi böyütmüşdüm. Əsgərliyə getməmişdən elə deyirdi ki, gedəcəm, torpaqlarımızı alacam.

Bəli, ailəsinə söz verdiyi kimi doğrudan da fəxr ediləcək və örnək göstəriləcək bir yolda öz imzasını vətən torpaqlarına qanıyla yazdı Asim Cəfərli. Asim Çingiz oğlu Cəfərli Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra, “Füzulinin işğaldan azad olunmasına görə” və “Vətən uğrunda” medallarıyla təltif edilib.

Daşqın Güneyli, Bərdə
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan-ordusu   Şəhid  

Şəhadətini öncədən görən qəhrəman: "Hamının qulağına dedi ki, axırıncı oyunumdur" (FOTOLAR)

2021/11/esas-9825988074.jpg
Oxunub: 5466     10:51     24 Noyabr 2021    

Bizi "telegram"da izləyin