DSX generalları İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2021/09/8faca-1632898455.jpg
Oxunub: 3579     10:38     29 Sentyabr 2021    
Vətən müharibəsinin ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Ordu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Şəhidlər-xiyabanı  


Bizi "telegram"da izləyin