TF-2000 HHM esminesi sahəsində modernləşdirmə: “Gezgin” qanadlı raketi, “Nazar” lazer sistemi və s.

2021/08/TF200-6518165904.jpg
Oxunub: 30812     16:50     23 Avqust 2021    
Tədricən dənizdən başlayaraq Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sistemini təmin etmək və üstün HHM və hücum qabiliyyətinə malik üzən platforma ehtiyacını ödəmək məqsədi ilə Hərbi Dəniz Qüvvələrinin direktivinə uyğun olaraq TF-2000 HHM esminesinin dizayn fəaliyyətləri 2017-ci il iyul tarixindən etibarən başlayıb.

15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən paylaşılan TF-2000 HHM esminesi kataloqundakı məlumatlara görə, gəminin subasımı və silah/sensor sistemləri yenilənib.

Gəminin silah/sensor sistemlərinin yenilənməsində “Nazar” lazer sistemi və “Gezgin” qanadlı raketləri ilk baxışdan diqqəti cəlb edən yeniliklərdir.

Əldə edilən məlumata görə, esminesdə “Meteksan Savunma” tərəfindən inkişaf fəaliyyəti davam edən “Nazar” lazer sistemindən istifadə edilməsi planlaşdırılır. Türkiyə Müdafiə Sənayesi komitəsi ilə “Meteksan Savunma” arasında imzalanan “Nazar” Layihəsi ilə əldə ediləcək həll elektro-optik və infraqırmızı idarə olunan raketlərə qarşı genişzolaqlı ən müasir lazer funksional məhvetmə qabiliyyəti təmin edəcək. “Nazar” sistemi döyüş gəmilərinin idarə olunan mərmilərə qarşı müdafiə qabiliyyətini artıracaq.


TF-2000 HHQ esminesinin yaxın mənzilli HHM sistemi, radioelektron mübarizə vasitəsiləri və radioelektron hücum Sistemi yerli sistemlərlə yenilənib.

Bunlara əlavə olaraq gəmi quraşdırılıb:

ÇAF aldadıcı sistemi
“Ku-Band” peyk rabitə sistemi
LPI radarı
“Tacan” sistemləri



Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının TF-2000 HHQ esminesi kataloqunda silah və sensor sistemləri aşağıdakı kimi qeyd olunub

TF-2000 HHM esminesi ölkənin dənizdən HHM-ni dəstəkləmək üçün:

• Çoxməqsədli mərhələli radar, uzun mənzilli radar və infraqırmızı sistemləri ilə quraşdırılmış təsirli uzun mənzilli HHM sisteminə,
• Hava hədəflərinə qarşı HHM və özünümüdafiə üçün idarə olunan raket sistemləri və yaxın mənzilli HHM sistemlərinə,
• Səth hədəfləri üçün idarə olunan raket sistemləri və artilleriya sistemlərinə,
• İnteqrasiya olunmuş sonar sistemi, torpedodan müdafiə sistemi və sualtı hədəflərə qarşı torpedo sistemi,
• Strateji, operativ və taktiki hədəflərə çatmaq üçün istifadə ediləcək milli qanadlı raket,
• Radioelektron dəstək və lazer xəbərdarlıq sistemi ilə radio dalğa/lazer radarlarını və idarəolunan raketləri aşkar etmək imkanı,
• Hava və suüstü müdafiə məqsədi ilə avtomatik atış və tövsiyələri olan atış sistemi,
• Sərt EMCON şərtləri altında elektro-optik aşkarlama, diaqnoz və izləmə qabiliyyəti,
• Bütün bunları və şəbəkə tərəfindən dəstəklənən məlumat inteqrasiya qabiliyyətinə malik Döyüş İdarəetmə Sistemini özündə birləşdirən “Advent” milli komanda-idarəetmə və milli atəşi idarəetmə sistemlərinə sahib olacaq”.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TF-2000   HHM  


Bizi "telegram"da izləyin