Türkiyə HHQ-yə yerli təyyarə çəkən modeli – RAHVAN

2021/08/RAHVA-1629541259.jpg
Oxunub: 25166     11:19     24 Avqust 2021    
Türkiyənin Kayseri şəhərindəki 2-ci Hava Baxım Fabrikində tamamilə türk mühəndislər tərəfindən dizayn və istehsal edilən ilk yerli “Rahvan” təyyarə çəkən vasitəsinin yeni modeli hazırlanıb.

“Rahvan” vasitəsi üzərində aparılan təkmilləşdirmə işləri nəticəsində prototip istehsal edilib. Yeni vasitədən 47 ədəd təhvil verilməsi planlaşdırılır.

İstehsal edilən 89 ədəd “Rahvan” təyyarə çəkicinin təhvil verilməsi həyata keçirilərkən, prototip istehsalı həyata keçirilən vasitədən 47 ədəd təhvil verilməsinin yaxın vaxtlarda baş tutması planlaşdırlır.

Arsenalda istifadə olunana “Rahvan” təyyarə çəkənlərdə TÜMOSAN tərəfindən istehsal edilən 4DT39 turbo dizel mühərrikə üstünlük verilib.


“Rahvan” 60.000 kq çəkmə qabiliyyətinə malik T-41-dən C-130-a qədər geniş təyyarə qrupuna xidmət etmək üçün dizyan edilib və arxa görüntü kamerası və kondisioner kimi müasir texnologiyanın gətirdiyi son yenilikləri özündə birləşdirir.

İqtisadi cəhətdən dayanıqlıdır, geniş istifadə olunan ehtiyat hissələrinə malikdir, yerli materiallardan ibarətdir, istifadəsi asan və standart quruluş təmin edir, beynəlxalq standartlara cavab verir. Surətlə işləmə vəziyyətinə geri dönən və çəkici traktor ehtiyaclarını qarşılayan “Rahvan” layihəsinə 2010-cu ildə başlanılıb. 2014-cü ildə prototip istehsalından sonra kütləvi istehsal başlayıb.


Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluq: 4000 mm
Eni: 2400 mm
Sürət: 32 km/saat
Çəkisi: 5250 kq
Mühərrik: TÜMOSAN 4DT39 Turbo Dizel
Gücü: 95 at gücü
Transmissiya: Tam avtomatik
Sükan: Hidravlik müstəqil, Hidravlik nasoslu
Hündürlük: 2650 mm (2350 mm fənər lampası istisna olmaqla)
Yerdən hündürlük: 330 mm
Yaxınlaşma bucağı: 41 °
Personal tutumu: 2+4

Dəyanət Ağalarlı  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   RAHVAN  


Bizi "telegram"da izləyin