Azərbaycan hərbi xərclərini niyə artırır? – QISA BAXIŞ (İNFOQRAFİKA)

2020/12/655-1609136456.jpg
Oxunub: 9020     10:15     28 Dekabr 2020    
Azərbaycan parlamentinin müzakirə etdiyi 2021-ci ilin dövlət büdcəsində hərbi xərclərin artırılması nəzərdə tutulur. Hərbi xərclərin artırılması Prezident İlham Əliyevin təklifi ilə həyata keçirilib. Belə ki, bu barədə dövlət başçısı ötən həftə işğaldan azad edilən Qubadlı rayonuna səfəri zamanı danışıb.

Büdcə layihəsinə görə, ölkənin müdafiə və milli təhlükəsizliyi üçün 4.58 milyard manat (2.7 milyard dollar) ayrılacaq. Bu ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20.5% çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13.8%-ni təşkil edirdi. Bu il isə bu rəqəm 18%-dən bir qədər artıqdır.

Hərbi xərclərin artırılması Azərbaycan üçün yeni hadisə deyil. Azərbaycan son illərdir davamlı olaraq hərbi xərclərini artırmaqdadır. Buna səbəb isə Ermənistanın işğalçılıq siyasətini həmin illər ərzində davam etdirməsi idi. Azərbaycan hər an Ermənistanın mümkün təxribatlarına hazır olmalı idi.

Qeyd etmək lazımdır ki, regionun ən güclü dövləti hesab olunan Azərbaycanın müdafiə büdcəsi də regionda ən böyükdür. Ermənistanın müharibə zamanı fəlakətli itkilərini bərpa etməyə çalışacağı ehtimal olunur. Buna görə gələn il üçün nəzərdə tutulan hərbi xərclərini artırıb. Gürcüstan da hərbi xərclərinin artırılmasına qərar verib.

2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin 5 istiqamətdə xərclənəcəyi qeyd olunub. Müdafiə qüvvələrinə ayrılan xərclər 15.8%, milli təhlükəsizliyə ayrılan xərclər 6.6%, sərhəd xidmətinə ayrılan xərclər 0.9%, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan xərclər 2.6%, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər isə əvvəlki illə müqayisədə 31.2% artırılıb.

44 günlük müharibədə qələbə qazanan Azərbaycan hərbi xərcləri niyə artırır?

Vətən müharibəsidə qələbə qazanan Azərbaycanın hərbi xərclərini artırması ekspert dairələrində maraq və təəccüblə qarşılanıb. Hərbi xərclərin artırılmasının bir neçə səbəbi var. Prezident İlham Əliyev Qubadlı səfəri zamanı hərbi xərclərin artırılmasının bir neçə səbəbini vurğulamışdı: “İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur”.

Dövlət başçısı bildirib ki, bundan sonra da ordumuzun müasirləşdirilməsi, onun döyüş potensialı, peşəkarlığı daim diqqət mərkəzində olacaq: “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmayacaq. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır”.

Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan öz silah və texnika arsenalını bərpa etməlidir. Müxtəlif hesablamalara görə, ölkəmiz Vətən müharibəsində Ermənistan ordusunu məhv etmək dəyəri milyonlarla ölçülən hərbi texnika, silah-sursat istifadə edib. Gələn ilin dövlət büdcəsi ilə bu boşluğun doldurulacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın silah bazarında Rusiya və İsrailin müdafiə sənayeləri əsas oyunçular hesab olunur. Növbəti illərdə Türkiyənin bu sahədə digər iki dövləti sıxışdıracağı ehtimal olunur.

Gələn il ABŞ, Yaponiya, Cənubi Koreya, Fransa kimi bir çox dövlətlər müdafiə büdcələrini artırır. Buna səbəb müxtəlif regionlarda və ümumiyyətlə bütün dünyada artan gərginliyin artmasıdır. Bundan başqa müharibədə məğlub olan Ermənistan da gələn il üçün nəzərdə tutulan hərbi büdcəsini artırır. Bir sözlə regionda və dünyada qeyri-sabit vəziyyət gələn il də davam edəcək. Bu qeyri-sabitlik fonunda Azərbaycan hərbi xərclərini artırmaq məcburiyyətində qalıb.

İşğaldan azad edilən digər ərazilərdə əlavə təhlükəsizlik və müdafiə qüvvələri yerləşdirəcək. Əlavə qüvvələrin yerləşdirilməsi üçün dövlət büdcəsində əvvəlki illə müqayisədə daha çox vəsait tələb olunur.

Azərbaycan müharibə nəticəsində İran və Ermənistanla sərhəddinə nəzarəti bərpa etdi. Buna görə yeni sərhədlərin qurulması, həmin ərazilərə sərhədçilərimizin yerləşdirilməsi üçün əlavə vəsait tələb olunur. Artıq İranla sərhəddə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yerləşdirilib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hərbi-Xərclər  

Azərbaycan hərbi xərclərini niyə artırır? – QISA BAXIŞ (İNFOQRAFİKA)

2020/12/655-1609136456.jpg
Oxunub: 9021     10:15     28 Dekabr 2020    