Ordu.az xəbər verir ki, bu barədə Komandanlıq məlumat yayıb.
Bildirilir ki, 2018-ci ilin oktyabr ayında başlayan və 100 milyon dollar ayrılan 2 illik layihəyə 400 milyon dollar maliyyə ayrılacaq. Layihənin müddəti daha 5 il artırılır.
Bildirilir ki, ABŞ-ın rəqibləri son illərdə informasiya müharibəsi yolu ilə ordunun zəif tərəflərini hədəf alıb və bunun nəticəsində ABŞ Müdafiə Nazirliyi bu cür təhdidlərdən daha yaxşı qorunmaq və yenidən qurulmaq üçün bir sıra addımlar atıb.
Komandanlıq tərəfindən həyata keçirilən layihə bu addımların tərkib hissəsidir.
Layihə kiberhücum, avtonom sistemlər, bulud hesablama və informasiya analitikası üçün alətləri əhatə edən texnologiya sahələrinə yönəlib.
Sevinc Əliyeva
Ordu.az