"Qrom" gəzən döyüş sursatı: O, GPS siqnallarından mümkün qədər müstəqil fəaliyyət göstərir

2020/06/221-9555820272.jpg
Oxunub: 3745     10:47     22 İyun 2020    
Gəzən döyüş sursatı tədricən dünyanın silah bazarını fəth edir və getdikcə yayılan və təsirli bir vasitəyə çevrilir. Hava hücumu ilə hədəfləri məhv edən kamikadze dronlarının yaradılması üzərində fəaliyyət dünyanın bir çox ölkəsində davam edir. Müasir kamikadze pilotsuz vasitəsi, partlayıcı maddələrlə təchiz olunan kiçik ölçülü uçan vasitədir. Hədəf aşkar edildikdə, belə bir cihaz avtomatik olaraq özütuşlanan mərmiyə çevrilir və yerüstü hədəfi məhv edir.

Gəzən döyüş sursatlarını Suriya ordusunun müxtəlif hərbi texnikalarına qarşı kütləvi və səmərəli tətbiq edən Türkiyə, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazandı. Ukrayna şirkətləri də bu cihazların inkişafında geri qalmır. Beləliklə, 2020-ci il martın əvvəlində Ukrayna KİV-ləri, inkişafı üçün "Atlon Avia" tədqiqat və istehsal müəssisəsinin mütəxəssislərinin cavabdeh olduğu "Qrom" (İldırım) gəzən döyüş sursatının növbəti sınaqları barədə məlumat verdilər.

Bütün müasir gəzən sursatların ortaq xüsusiyyətləri istehsalın asanlığından və nisbətən aşağı qiymətdən ibarətdir. Dronların kiçik ölçüsü hava hücumundan müdafiə sistemləri üçün çox çətin hədəf olaraq qalmağa imkan verir və onların kütləvi istifadəsi həm quru qoşunları, həm də hava hücumundan müdafiə sistemlərinin özü üçün böyük təhlükə yaradır. Gəzən sursatların əsas məqsədi canlı qüvvənin, quru və suüstü hərbi texnikanın, həmçinin mühəndis istehkam qurğularının və fərdi düşmən hədəflərinin məhv edilməsindən ibarətdir.

2020-ci ilin mart ayında "Qrom"

"Atlon Avia" EİB Ukrayna ordusu üçün pilotsuz vasitələrin əsas təchizatçılarından biridir. Son bir neçə ildə şirkət Ukrayna hərbçilərinə istehsal etdiyi təxminən 300 pilotsuz uçuş aparatını təhvil verib. Silahlanmaya qəbul edilən və fəal şəkildə tətbiq olunan uğurlu inkişaf nümunələrindən biri də artilleriya atəşinin kəşfiyyatı və tənzimlənməsi üçün nəzərdə tutulan çoxfunksiyalı A1-SM "Fury" pilotsuz uçuş aparatıdır.

Məlumdur ki, şirkət beynəlxalq bazara çıxmağa çalışır. "Atlon Avia" artıq Pakistanda bir tenderdə iştirak edib və İndoneziyaya mümkün məhsul tədarükü haqqında danışıqlar aparır.

A1-SM "Fury"

2020-ci ilin mart ayının əvvəlində şirkət yeni inkişafı olan "Qrom" gəzən sursatının daha bir sınağını keçirdi. Bu kamikaze tipli pilotsuz vasitə ST-35 ("Silent Thunder"- "Sakit İldırım") təyinatı ilə tanınır. Potensial xarici alıcılar üçün həzərdə tutulan döyüş sursatının adı, bu cihazların imkanlarına və xüsusiyyətlərinə tam uyğundur. "Atlon Avia" şirkətinin nümayəndələrinin dediyinə görə, yeni döyüş sursatları səssiz, gürünməz, eyni zamanda qorxuncdur. Sursatın uçuşu 500 metrdən yüksəklikdə və səssiz rejimdə baş verir. Kiçik və sürətlə hərəkət edən PUA-nı yerdən aşkar etmək isə çox çətindir.

Bu yaxınlarda keçirilən sınaqlar normal olaraq tamamlandı. Tərtibatçılar avtomatlaşdırma işini qurmağı bacardılar, buna görə buraxılış prosesi insan müdaxiləsi olmadan tam avtomatik rejimdə baş tutdu. Həm də sınaqlar zamanı sursat uçuş sürətini təsdiqlədi. "Atlon Avia"nın qeyd etdiyi kimi, bu buraxılış multikopter istifadəsi ilə baş tutan ikinci sınaq oldu.

Sınaqlar zamanı sursat planlaşdırıldığı kimi havaya qaldırıldı. Müəyyən bir yüksəklikdə, döyüş sursatının multikopterdən ayrılması baş verdi, marşrut üzrə uçuş da normal rejimdə keçdi. Sınaqlar zamanı hədəfin avtomatik izlənməsi və aşkar edilən yerüstü hədəfə hücumun təqlid edilməsi prosesi də yoxlanıldı.

Sınaqları başa vurduqdan sonra, gəzən döyüş sursatı paraşütlə buraxıldığı zolağa endi. Belə bir enmə yalnız bu mərhələdə həyata keçirilir, cihazın döyüş versiyası paraşütlə təchiz olunmayacaq.

"Qrom" gəzən döyüş sursatı

"Qrom" gəzən döyüş sursatının xüsusiyyətləri

Tərtibatçıların iddialarına görə, "Qrom" yaxşı uçuş xüsusiyyətlərinə malik tam rəqabət qabiliyyətli kamikadze tipli pilotsuz vasitədir. Pilotsuz aparatın kreyser sürəti saatda 120 km-dir. Qeyd olunur ki, bu sürət cihazı normal meteoroloji şəraitdə, 30 kilometr məsafədə yerləşən hədəf bölgəsinə təxminən 15 dəqiqə ərzində yaxınlaşmasını təmin etməlidir.

PUA-nın havada keçirdiyi ümumi müddət 60 dəqiqədən çox deyil. Bu nəticələr uçuş sınağı zamanı təsdiqləndi. "Atlon Avia" şirkətinin qeyd etdiyi kimi, "Qrom" döyüş sursatı hədəfə yaxınlaşmaq üçün təxminən 15-20 dəqiqə sərf edir, bundan sonra hədəf bölgəsində bu qədər də gəzə bilər. Hətta güclü külək və sərt hava şəraitində, hədəf zonasına uçmaq üçün 40 dəqiqə sərf edilsə belə, cihaz öz missiyasını başa çatdırmaq üçün yenə də ehtiyatda kifayət qədər zamana sahib olacaq.

Gəzən döyüş sursatının elan edilən kütləsi 10 kq-dır, bunun üçdə bir hissəsindən bir qədər çoxu, təxminən 3.5 kq-ı döyüş başlığdır. İstehsalçı artıq bu PUA-nın üç fərqli döyüş başlığı ilə təchiz ediləcəyini bildirib: termobarik (döyüş başlığının kütləsi bu versiya üçün göstərilib), qəlpəli fuqas və kumulyativ. Gələcəkdə istehsalçı kamikaze üçün döyüş başlığının istiqamətli partladılmasını reallaşdırmağı planlaşdırır.

Döyüş sursatları sınaqlarda

"Qrom"un effektiv fəaliyyət yüksəkliyi 800 ilə 1200 metr arasındadır. Hədəfə vurma ehtimalı 0.95-dir. Dairəvi yayınma üç metrdən çox deyil. Kompleksin heyəti üç nəfərdir. Kompleksə taktiki kürək çantalarında daşına bilən üç ədəd gəzən döyüş sursatı daxildir. Kompleksin ərazidə yerləşdirmə müddəti 15-20 dəqiqədən çox deyil. Kütlənin kiçik olması kompleksin yaxşı hərəkətliliyi ilə xarakterizə olunur, heyət isə döyüş bölgəsində hərəkət etmək üçün nəqliyyat vasitələrindən də istifadə etməyə bilər.

Eyni zamanda, kompleksin avtomobil şassisinin bazasında yerləşdirilməsi də mümkündür, bu variantların seçimi isə hərbçilərə aiddir.

Dizayn xüsusiyyətləri

Ukraynalı dizaynerlər PUA-larına bir çox müasir raket üçün standart sxem olan, qanad və sükanların X şəkilli tənzimləməsini seçdilər. Qanadlar döyüş sursatının orta, optik elektron hədəfə tuşlanma avadanlıqları isə burun hissəsində yerləşir.

Döyüş başlığı da ön hissədədir. Sursatın ümumi uzunluğu təxminən 300 mm, eni 90-100 mm-dir. PUA-nın korpusu, onu aşağı kütlə və yüksək sərtliklə təmin edən müasir kompozit materiallardan (şüşə və karbon lifindən) hazırlanır. Aparatın arxa tərəfində itələmə pərinə malik olan porşenli mühərrik yerləşir.

Tərtibatçılar tərəfindən seçilən aerodinamik sxem kompromis variantdır və sursatın əsas vəzifələrinin həll edilməsinə cavab verir. Bu sxem həm üfüqi uçuşda yüksək aerodinamik keyfiyyətlərə, həm də hədəfə tuşlanma və ona hücum mərhələlərində normal idarəetməni təmin edir. "Atlon Avia" mütəxəssislərinin fikrincə, bu sxem demək olar ki, mümkün olan yeganə seçimdir, buna görə də dünyanın digər gəzən döyüş sursatı istehsalçıları da ondan istifadə edir. Şirkət mühəndislərinin fikrincə, klassik aerodinamik dizaynı ilə hücum edərək, 2-3 metr dairəvi yayınma ehtimalı ilə hədəfi məhv etmək mümkün deyil.

"Qrom" döyüş sursatının fərqli bir xüsusiyyəti onun buraxılış modelidir. Ukraynalı dizaynerlər buraxılış üçün pnevmatik və ya elastik katapultdan istifadə edilən variantları nəzərdən keçirdilər, lakin tez bir zamanda başa düşdülər ki, bu həll istismar prosesini çətinləşdirir, buraxılışın mürəkkəbliyini və cihazın qiymətini artırır. Hazırda silah-sursatın buraxılışı, daha sonra təkrarlayıcı (retranslyator) kimi istifadə olunan multikopterdən həyata keçirilir.

Həyata keçirilən bu buraxılış sistemi, eyni anda bir neçə vəzifəni də effektiv şəkildə həll edir. Birincisi, kompleks çox məhdud ölçüdə, hətta yaşayış binasının həyətindən buraxıla bilər. İkincisi, kompleksin kütləsi minimuma endirilib, döyüş sursatı və buraxılış vasitəsini bir döyüşçü daşıya bilir. Üçüncüsü, kompleksin etibarlılığı və istifadə rahatlılığı artırılıb.

"Qrom" gəzən döyüş sursatı

Buraxılış zamanı multikopter döyüş sursatını təxminən 500 metr yüksəkliyə qaldırır, bundan sonra sursat daşıyıcı kopterdən ayrılaraq müstəqil olaraq təyin olunan əraziyə uçmağa davam edir. Eyni zamanda, multikopter özü təxminən bir kilometr yüksəkliyə qalxır və göydə qalaraq təkrarlayıcı rolunu oynamağa başlayır. Onun 1 km yüksəkliyi 30-40 kilometr məsafədəki döyüş sursatı ilə sabit əlaqə saxlamaq üçün kifayət edir. Bu məsafədə aşkar edilən hədəflərə hücum prosesini idarə etməyə imkan verən sabit video siqnal ötürülməsi dəstəklənir.

"Atlon Avia" kompaniyasının nümayəndəsinin sözlərinə görə, ST-35 "Silent Thunder"də avtomatik hədəfə tuşlanma infraqırmızı və ya termal görüntü kanalı vasitəsilə həyata keçirilir. Özütuşlanan döyüş başlığı dəyişkən olduğu üçün meteoroloji şərtlərdən asılı olaraq, operator hansı yönləndirmə sistemindən istifadə ediləcəyinə dair qərarı özü verir.

Qeyd olunur ki, operator yerüstü və ya suüstü hədəfin koordinatları müəyyən edilənə və hədəf təsdiqlənənə qədər prosesdə iştirak edir, bundan sonra sursat avtonom rejimdə vəzifələrini icra edərək hədəfə zərbə endirir. Kompleksin digər bir fərqli xüsusiyyəti, onun döyüş bölgəsində GPS və ya GLONASS sistemlərindən istifadənin səmərəsiz olması nəzərə alınmaqla yaradılmasından ibarətdir. Buna görə sursat GPS siqnallarından mümkün qədər müstəqil fəaliyyət göstərir. Döyüş tapşırıqlarının düşmənin radioelektron mübarizə vasitələrinin aktiv müdaxiləsi şəraitində yerinə yetirilməsi zamanı isə bu xüsusilə vacibdir.

Yazı Yuferev Sergeyin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Qrom   PUA  

"Qrom" gəzən döyüş sursatı: O, GPS siqnallarından mümkün qədər müstəqil fəaliyyət göstərir

2020/06/221-9555820272.jpg
Oxunub: 3746     10:47     22 İyun 2020    