Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təxribata cəhd edən 3 müqaviləli düşmən hərbçisi yaralanıb.
Noyemberyan tibb mərkəzinin növbətçi həkimi Naira Taryanın sözlərinə görə, hərbçilərdən birinin vəziyyəti ağırdır, o, göz nahiyəsindən yaralanıb. Digər 2 hərbçi isə qol və ayaq nahiyəsindən yaralanıb.
Təxribatçı erməni hərbçilərin İrəvana köçürüləcəyi bildirilir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələri mütəmadi olaraq atəşkəsi pozur və mülki sakinləri hədəf alırlar.
Alpər Mövludoğlu
Ordu.az