Məlumata görə, Qarabağın eyni hərbi hissəsində bu, 2-ci intihar hadisəsidir. Yanvarın 28-də, saat 02:55 radələrində, eyni hərbi hissənin döyüş mövqeyində, ilkin versiyaya görə, 20 yaşlı hərbi qulluqçu Nver Avetisyan intihara cəhd edib (ölməyib - red).
Əsgərin yaxınları iddia edirlər ki, Avetisyan özünə atəş açacaq insan deyildi və işdə qaranlıq hallar var. Hazırda Avetisyanın vəziyyəti sabitdir, xidmətinin bitməsinə 6 ay qalıb. Əsgər ifadə versə də, artıq yaşamağının mənası olmadığını bildirib. Göründüyü kimi, Ermənistan Silahlı Qüvvələrinin rəhbəri Avetisyanın intihara cəhd etməsi hadisəsindən dərs çıxarılmayıb. Fevralın 12-də isə ilkin versiyaya görə, iki hərbi qulluqçu Tiqran Manvelyan və Tiqran Mxoyan intihar edib.
Bir çox erməni KİV-lərində müəlliflər eyni sualı ünvanlayıb: “Bəs Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan nə düşünür?”.
Alpər Mövludoğlu
Ordu.az