Belqradda Dağlıq Qarabağın mədəni irsi ilə bağlı mühazirə dinlənilib

2020/02/15816-1581664564.jpg
Oxunub: 775     11:15     14 Fevral 2020    
Serbiyanın paytaxtı Belqradda Dağlıq Qarabağ və Kosovonun mədəni irsləri haqqında mühazirə dinlənilib.

Ordu.az xəbər verir ki, “Dünyanın gözündə” adlı mühazirədə Serbiya Qloballaşma Mərkəzinin sədri professor Deyan Miletiç və səfirliyimizin əməkdaşı Emil Ağayev müvafiq olaraq Kosovo və Dağlıq Qarabağın mədəniyyətləri, tarixləri barədə maraqlı məlumatlar veriblər.

Tədbir çərçivəsində Azərbaycan şairlərinin serb dilinə tərcümə olunmuş şeirləri səsləndirilib, “Sehrli lampa” Assosiasiyasının gənc üzvlərinin ifasında mahnılar dinlənilib, habelə balet nömrələri nümayiş etdirilib.
Qeyd edək ki, mühazirəni dinləyənlər arasında Qazaxıstan, Əlcəzair, Anqolanın diplomatik nümayəndələrinin üzvləri, jurnalistlər və elm xadimləri olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Serbiya   Qarabağ  

Belqradda Dağlıq Qarabağın mədəni irsi ilə bağlı mühazirə dinlənilib

2020/02/15816-1581664564.jpg
Oxunub: 778     11:15     14 Fevral 2020    