Qarabağda ölən yezidi əsgəri qətlə yetirmədən öncə küt alətlə başına zərbə endiriblər – DETALLAR

2019/12/93429-1575978073.jpg
Oxunub: 1339     17:16     12 Fevral 2020    
İşğal altında olan Qarabağda 2 dekbar 2019-cu ildə hərbi hissənin döyüş mövqeyində ölən yezidi mənşəli məcburi müddət xidmətli hərbi qulluqçu Artur Acamyanın intihar versiyası məhkəmə tibbi ekspertizasının rəyi əsasında rədd edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Acamyanın hüquqi varisinin nümayəndəsi Hayarpi Sarkisyan bildirib.

Ekspertiza yolu ilə Acamyanın hərbi qulluqçu Davit Melikbekyana atəş açması, daha sonra özünə atəş etməsi versiyası rədd edilib.

İlk öncə məhkəmə-tibbi ekspertizası Acamyanın silahında üç fərqli şəxsin DNT qarışığının olduğunu təsdiqləyib, bundan başqa məhkəmə-tibbi ekspertizasının rəylərinə görə, Melikbekyanın aşkar edildiyi ərazidəki torpaq kütləsindən tapılan qan izləri ilə Acamyanın patron darağındakı qan izləri üst-üstə düşmür.

Vəkilin sözlərinə görə, məhkəmə-tibb ekspertizasının rəyi Acamyanın xəsarət aldığını təsdiqləyib və onlar ləkə deyil, fərqli vaxtlarda aldığı xəsarətlərdir.

“Ölümündən bir saat əvvəl alnında küt bir alətlə yetirilən yara vardı. Belə çıxır ki, ilk əvvəl başından zərbə alıb, sonra odlu silah yarası alıb, barmaqlarında ölümündən bir neçə gün əvvəl yetirldiyi ehtimal edilən müxtəlif çızıqlar olub, çiyin hissəsində köhnə zədə olub, ölümündən beş gün əvvəl baş verən, yəni bir həftə müddəti əks etdirən ayaq zədələri olub”.

Vəkilin dediyinə görə, müayinə eyni zamanda Acamyanın hansı məsafədən atəş zərbəsi aldığını dəqiqləşdirib, yəni güllə 0,3-0,5 sm məsafədən açılıb.

İntihar qətiyyətlə rədd edilir.

Xatırladaq ki, 2 dekabr 2019-cu il tarixdə saat 06:50 radələrində işğal edilmiş Qarabağ ərazisindəki erməni hərbi birləşmələrindən birinin müdafiə zolağındakı döyüş mövqeyində məcburi müddət xidmətli hərbi qulluqçusu Artur Acamyanın odlu silah yarasından ölməsi, digər məcburi müddət xidmətli hərbi qulluqçu Davit Harutyuni Melikbekyanın isə odlu silah yarası alması faktı üzrə 3-cu qarnizon istintaq şöbəsi tərəfindən CM-nin 31-104-cu maddəsinin 2-ci bəndinin 1-ci hissəsi üzrə (2 və ya daha çox şəxsin qətlinə cəhd) cinayət işi açılıb.

Cinayət işində bir sıra təxirəsalınmaz və zəruri istintaq hərəkətləri həyata keçirilib, əraziyə baxış, meyitin xarici ekspertizası, meyitin məhkəmə-tibbi ekspertizası, həmçinin D. Melikbekyanın məhkəmə-tibbi ekspertizası aparılıb, bir sıra hərbçilər şahid qismində dindirilib, zərərçəkmiş A. Acamyanın babası Xatif Acamyan zərərçəkənin varisi kimi tanınıb və sorğu-sual edilib. Onların vəkilləri meyitin xarici görünüşünün ekspertizasında iştirak ediblər. Onun xidmət etdiyi mövqenin videokamera çəkilişləri, A. Acamyanın telefon bağlantısının sürətlərinin çıxarılması və cib telefonuna baxılması ilə bağlı vəkil tərəfindən məhkəməyə vəsatət verilib. Məhkəmə tibbi ekspertizası təyin edilib.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Öülm   Yezidilər  

Qarabağda ölən yezidi əsgəri qətlə yetirmədən öncə küt alətlə başına zərbə endiriblər – DETALLAR

2019/12/93429-1575978073.jpg
Oxunub: 1340     17:16     12 Fevral 2020    