İşğal altında olan Qarabağda ölmüş sıravi erməni əsgər Vahram Avaqyanın ölüm işi üzrə açılmış cinayət işi çərçivəsində onun xidmət yoldaşları Davit Arakel Movsisyan, Xaçik Armen Qasparyan, Spartak Artur Avetisyan həbs olunub.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin “Facebook” səhifəsində məlumat verilib.
Xatırladaq ki, 2020-ci il yanvarın 30-da, saat 13:15 radələrində işğal altında olan Qarabağdakı hərbi hissələrdən birinin məcburi müddətli hərbi qulluqçusu, sıravi əsgər Vahram Avaqyan ona təhkim olunmuş AKM tipli avtomatdan öz sinə nahiyəsinə atəş açıb və güllə yarası almış vəziyyətdə hərbi hospitala yerləşdirilib, saat 14:00-da orada bioloji ölüm qeydə alınıb.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Cinayət
Ölüm