Ordu.az xəbər verir ki, bu barədə “Amerikanın səsi”ndə dərc olunan məqalədə bildirilib.
Müəllif qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycana silah tədarük edən vacib mənbələrdəndir.
“Münaqişə tərəflərinə silah tədarük edilməsi tənqidinə baxmayaraq, Moskva iddia edir ki, onun hərbi əməkdaşlığı sülhə tövhə verir və bölgədə sabitliyin qorunması üçün vacib olan tarazlığı tamamilə nəzərə alır”, - deyə müəllif bildirib.
Analitik Riçard Kozlyariç bu iddiaya ehtiyatla yanaşır. ABŞ-ın Azərbaycandakı keçmiş səfirinin sözlərinə görə, silah satışının münaqişə ehtimalını azaltdığını iddia etmək üçün belə bir əsas yoxdur.
Alpər Mövludoğlu
Ordu.az