“Keçmiş hakimiyyət 5 milyard dollar qarşılığında Qarabağı Azərbaycana təklif edirdi” - Babayan

2020/02/90--1580545425.jpg
Oxunub: 20485     14:14     01 Fevral 2020    
Xəbər verdiyimiz kimi, ötən gün işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin "sabiq komandir"i Samvel Babayan bəyanat yayıb.

O, Ermənistanın sabiq hakimiyyət nümayəndələri ilə bağlı bir sıra qalmaqallı ifadələr səsləndirib.

""Ərazilər qarşılığında status" formulu yolverilməzdir. Yalnız bir həll var: qısa zaman ərzində iqtisadiyyat və ordunun döyüş qabiliyyətini bərpa etmək, beləliklə, Azərbaycanı maraqlarımızla hesaba oturmağa və bərabər şəkildə danışıqlar aparmağa məcbur etmək.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçmiş hakimiyyətdən aldığı irs barəsində Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatı ətrafında maraqlı vəziyyət yaranıb.

Keçmiş hakimiyyət sini üzərində 5 milyard dollar qarşılığında Qarabağı Azərbaycana təklif edəndə niyə susmusunuz? Əminəm ki, Ermənistanın yeni hakimiyyəti tezliklə kulis danışıqlarının bu və digər detalarını qaldıracaq", - deyə Babayan bəyanatında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin