“Əgər ermənilərin və azərbaycanlıların birgə məskunlaşması məsələsi müzakirə olunubsa...”

2020/01/Vladi-1580464396.jpg
Oxunub: 12787     15:28     31 Yanvar 2020    
“Əgər bu günlərin danışıqları zamanı həqiqətən də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə məskunlaşması zonalarının yaradılması məsələsi müzakirə olunubsa, Davit Şahnazaryanın qeyd etdiyi kimi, onda bu, Qarabağın Azərbaycanlı İcması anlayışının artıq status aldığı demək olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Vahid Ermənistan” Partiyasının həmtəsisçisi Vladimir Martirosyan Cenevrədə iki gün davam edən Məmmədyarov-Mnatsakanyan danışıqlarına toxunarkən deyib.

Onun sözlərinə görə, icma, həmçinin amil statusunu da alır, bu amillə nə qədər hesaba oturacaqlarını və təyinedici olacaqlarını hələlik bilmək olmur.

“Bu prosesin artıq bizim üçün idarəolunmaz olacağı vəziyyətə düşməyimizi istəməzdim”, - deyə Martirosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin