Erməni tərəfi ABŞ səfirinin Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ilə görüşündən narahatdır

2020/01/Davit-1580463344.jpg
Oxunub: 5538     14:34     31 Yanvar 2020    
“Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli ətrafında məzmunlu Cenevrə danışıqlar davam edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Davit Şahnazaryan ötən gün Cenevrədə baş tutmuş Məmmədyarov-Mnatsakanyan danışıqlarının gündəminə toxunarkən deyib.

Şahnazaryan bildirib ki, Cenevrədə məzmunlu danışıqlar davam edir, məsələlərin geniş çərçivəsi müzakirə olunur.

“İlk növbədə Şuşa məsələsi, eləcə də məzmunlu danışıqların intensivləşdirilməsi danışılır. Məhz bu kontekstdə ötən gün Cenevrədə davam edən görüşlərə paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Li Litsenberq öz təşəbbüsü ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”, - deyə Şahnazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   İşğal  


Bizi "telegram"da izləyin