2020-ci il yanvarın 30-da, saat 13:15 radələrində işğal altında olan Qarabağdakı hərbi hissələrdən birinin məcburi müddətli hərbi qulluqçusu, sıravi əsgər Vahram Avaqyan ona təhkim olunmuş AKM tipli avtomatdan öz sinə nahiyəsinə atəş açıb və güllə yarası almış vəziyyətdə hərbi hospitala yerləşdirilib, saat 14:00-da orada bioloji ölüm qeydə alınıb.
Ordu.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Ermənistan İstintaq Komitəsi departamentinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan yazıb.
O qeyd edib ki, hadisə ilə bağlı birinci qarnizon istintaq bölməsində Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb, ilkin istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ
Ölüm