Erməni ekspert: “Paşinyan Qarabağın Azərbaycanlı İcmasının subyektivliyini təmin etməyi bacardı”

2020/01/00-1580384802.jpg
Oxunub: 21541     16:20     30 Yanvar 2020    
“Əslində, Paşinyan Qarabağı (qondarma qurum-red.) danışıqlar masasına gətirə bilmədi, əksinə Qarabağın Azərbaycanlı İcmasının subyektivliyini təmin edə bildi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Politekonomiya” araşdırma İnstitutunun direktoru Andranik Tevanyan bildirib.

Paşinyan Qarabağın azərbaycanlı icmasını necə bir amilə çevirdi?

“Nikol Paşinyanın “Qarabağ danışıqlar masası ətrafında oturmalıdır” proqramı çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüş keçirib. Xatırladaq ki, ABŞ üç həmsədr ölkədən biridir. Maraqlıdır ki, Qarabağın Azərbaycanlı İcması ilə görüş ABŞ səfirinin təşəbbüsü ilə baş tutub və Mnatsakanyan-Məmmədyarov görüşü öncəsi təşkil edilib.

Yeri gəlmişkən, Ermənistan tərəfinin inadla “görüş” adlandırdığı Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında saatlarla davam edən danışıqlar, Paşinyanın münaqişə ilə əlaqəli masada heç bir sənəd olmadığı barədə açıqlamaları fonunda baş tutur. Belə çıxır ki, Mnatsakanyan vasitəçilərin iştirakı ilə 7 saat heç bir şey haqqında danışıb.

Azərbaycan diplomatiyası, Paşinyanın eklektik və populist addımlarından istifadə edərək, Qarabağı (qondarma qurum-red.) və Qarabağın azərbaycanlı icmasını eyni platformaya qoyur.

Rusiya səfiri Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə görüşsəydi, o halda “dənizdən-dənizə Ermənistan” tələb edənlərdən, qərbyönümlülərdən, “mülki şəxslərdən”, “ekoloqlardan” və Ermənistandakı Rusiya hərbi bazalarına qarşı çıxış edən digər subyektlər adı altında gizlənən Ermənistandakı 5-ci türk kolonu kosmik səs-küy qaldırar və bağıraraq səs-küy qaldırardılar ki, ay aman qoymayın Rusiya Ermənistana zərbə vurur və xəyanət edir.

Rusiyaya qarşı isteriya ticari kommersiya baxımdan faydalıdır. Həm müştəri razı qalır, həm də ifaçı razı qalır”, - deyə Tevanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   İcma  


Bizi "telegram"da izləyin