Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook”səhifəsində yazıb.
O bildirib ki, Minsk qrupunun həmsədrləri tam qarşılıqlı anlaşma atmosferinin, eyni dildə danışma zərurətinin, tərəflər arasında anlaşılmazlıq qırışlarının aradan qaldırılmasının əhəmiyyətini vurğulayaraq və Ermənistan Baş nazirinin həmsədrlər üçün tanış olmayan, anlaşılmaz və “Kargin Haghordum” adı daşıyan mənbəyə danışıqlar prosesində tez-tez istinad etdiyini sübut edərək Ermənistan Xarici İşlər nazirindən iki günlük Cenevrə görüşləri zamanı ATƏT-in Minsk qrupuna Ermənistan Baş naziri tərəfindən bu qədər əhəmiyyəti vurğulanan və xatırladılan bu dəyərli mənbə ilə tanış olmağı istəyib.
“Bizə bildirirlər ki, bu gün “Kargin Haghordum” videosunun izlənməsi 137-ci sketçdə dayandırılıb. Konfliktin həlli üçün bu qədər bu qədər böyük əhəmiyyətə malik olan, Ermənistanın yeni rəhbərliyinin mövqeyini aşkara çıxaran bu videonun qrup baxışı sabah davam edəcək.
Mənbəmiz iddia edir ki, yalnız Minsk qrupu həmsədrləri tərəfindən izlənmiş materialın tam anlaşılmasından sonra danışıqlar barədə danışmaq mümkün olacaq”, - deyə Aşotyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az