Brayza Qarabağ danışıqları barədə: "Paşinyan bütün bu prosesi məhv etməyə qərar verib"

2019/09/Brayz-1568707757.jpg
Oxunub: 4976     11:43     30 Yanvar 2020    
“Dərindən məyus olmuşam”.

Ordu.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri, ABŞ-ın Bakıdakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin keçmiş köməkçisi, diplomat Metyu Brayza bir neçə gün bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın Qafanda səsləndirdiyi Qarabağla bağlı tezislərə toxunarkən deyib.

Brayzanın sözlərinə görə, Paşinyanın Madrid prinsipləri ilə bağlı bəyanatları göstərir ki, ya Paşinyan Madrid prinsiplərinin özündə nəyi təqdim etdiyini başa düşmür, ya da xəbərdardır, lakin bütün bu prosesi məhv etməyə qərar verib.

“10-11 il əvvəl Sürixdə Əliyev və Sarkisyan arasındakı görüşdə iştirak etmişəm, onlar, əslində, bu təkliflərin ədalətli olması və Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı yolunu əvvəlcədən təyin etməsi məsələsi ətrafında razılığa gəldilər. Ötən il Dağlıq Qarabağ münaqişəsinin həll prosesi baxımından səmərəli başladı, Əliyev və Paşinyan arasında görüşlər baş verdi, sülhə əvvəlcədən hazırlıq barəsində bəyanatlar oldu, bunlar həvəsləndirici idi, elə görünürdü ki, irəliləyiş imkanı var, lakin Ermənistanın Baş naziri birdən-birə istiqaməti dəyişdi və bu prosesə əks hərəkət etmək başladı. Bilmirəm niyə, amma addım-addım, son 10 ay ərzində Paşinyan tərəfindən səslənən bəyanatlar həmsədrlər, prezidentlər tərəfindən son 15 və ya daha artıq ildə əldə olunmuş prosesi məhv edir”, - deyə Brayza bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Xaos   Qarabağ-danışıqları   Təxribat  


Bizi "telegram"da izləyin