Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar bu hərəkəti Minsk qrupu daxilində ideologiyaya zidd olan Paşinyanın növbəti başqa bir özfəaliyyət davranış tərzi nümayiş etdirməsi cəhdi kimi qəbul ediblər.
Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan yanvarın 29-da Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
Məlumata görə, həmsədrlər Mnatsakanyanla Paşinyanın Qarabağa dair ifadələri ilə bağlı olduqca sərt bir söhbət aparıblar.
Alpər Mövludoğlu
Ordu.az